Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 May 2020


Horadiz əməliyyatını təkrarlamaq üçün... - Keçmiş döyüşçü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun 21 yaşayış məntəqəsinin və Cəbrayılın Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə nəticələnən uğurlu Horadiz əməliyyatından 26 il keçir.

Axar.az xəbər verir ki, Horadiz əməliyyatı zamanı kəşfiyyat bölüyündə xidmət edən Əbülfət Mirzəliyev Azərtac-a müsahibəsində deyib:

"1993-cü ildə Azərbaycan Ordusunda vahid komandanlıq yox idi. Bundan istifadə edən düşmən torpaqlarımızı ələ keçirirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün silahlı qüvvələr vahid komandanlığa tabe edildi. Horadiz əməliyyatından əvvvəl bizim bölüyü təlimə apardılar. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin döyüş hazırlığı ilə tanış olmaq üçün təlim düşərgəsinə gəlmişdi. O, bizim bölüyün əlbəyaxa döyüş dərsini izləyərək yüksək qiymətləndirdi. Onun əsgər və zabitlər qarşısında çıxışı hamımızda böyük ruh yüksəkliyi yaratdı. Ulu Öndər bizi qələbə qazanacağımıza inandırdı. Dedi ki, əməliyyatdan sonra bizimlə işğaldan azad ediləcək ərazilərimizdə yenidən görüşəcək. Elə də oldu, biz qələbə qazandıq və Heydər Əliyev əməliyyatdan sonra gəlib bizimlə görüşdü".

Keçmiş döyüşçü Horadiz əməliyyatının uğurlu alınmasında kəşfiyyat bölüyünün rolundan danışaraq deyib: "Əməliyyat başlamamışdan əvvəl - yanvarın 4-dən 5-nə keçən gecə cəbhə xəttini keçib düşmənin arxasında önəmli mövqedə dayandıq. Sabahısı gün ordumuzun ümumi hücumunda düşmənin köməyə gələn hissələrinə zərbələr endirdik və onun xeyli qüvvəsini məhv etdik. Beləliklə də qısa bir zamanda 22 yaşayış məntəqəsi işğaldan azad edildi".

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini Əbülfət Mirzəliyev 1992-ci ildə Vətənin müdafiəsinə yollanıb. Cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1996-cı ildə ordu sıralarından tərxis olunub. Cəsur döyüşçü hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşıdır. O, vaxtilə döyüşlər getmiş ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsində iştirak edir.

“İnanıram ki, ordumuzun 1994-cü il Horadiz əməliyyatı və 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı qələbələrin davamı gələcək, üçrəngli bayrağımız Horadizdə, Lələtəpədə olduğu kimi, Qarabağın bütün şəhər və kəndlərində dalğalanacaq. Uğurlu Horadiz əməliyyatını təkrarlamaq üçün bu gün də yenidən döyüşə atılmağa hazıram", – deyə Əbülfət Mirzəliyev bildirib.

Tarix
2020.01.06 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şuşa bu gün od tutub yanacaq...

Nuru Paşanı öyən, Oryolda güllələnən şairimiz

Xalq şairinin xanımından gizlədilən ölümü...

Aşıq Ələsgər ocağındakı sirli ölüm: Növrəs yoxa çıxdı...

Bakı mənzərəsi: Daha sərt karantinə hazırlaşın! - Fotolar

Qərar ləğv edilsin, İrəvan geri tələb edilsin! - Çaxmaqlı

9 yaşında taxta çıxan böyük Azərbaycan şahı

Şarl de Qollun dostu, qəzada ölən azərbaycanlı...

Müəmmalı şəkildə ölən 35 yaşlı generalımız - 8 fakt

Hansısa nazir həbs edilsə, təəccüblənməyəcəm - Novruzov

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla