Yuxarı

Əliyevin müşaviri Qarabağla bağlı sirləri açdı – İlk dəfə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn ilk və yeganə azərbaycanlıdır. Reyxstaqın divarlarına “Mən Bakıdanam. Leytenant Ağahüseynov” sözünü yazan məhz o olub. Sonralar o, Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi işləyib.

Axar.az Qırmızı Ulduz və biri “Şöhrət” ordeni olmaqla, 23 medal və 8 ordenin kavaleri, Zaqafqaziya Hərbi Dairəsinin HHM qüvvələri komandanı, hazırda Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, bir neçə gün öncə 97 yaşını qeyd edən canlı əfsanə Tofiq Yaqub oğlu Ağahüseynovla müsahibəni təqdim edir:

(Birinci hissə BURADA)

Heydər Əliyevlə tanışlıq...

Bildiyiniz kimi, mən 1997-2002-ci illərdə mərhum Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi olmuşam. Bizim Heydər Əliyevlə 30 illik yoldaşlığımız var idi. Biz onunla 1969-cu ilin yayında tanış olmuşuq. Məni korpus komandiri təyin etdilər və Bakıya gələsi oldum. O ərəfədə Heydər Əliyevlə ilk görüşüm oldu.

1975-ci ildə mən sərhədləri Türkmənistanı, Azərbaycanı, Gürcüstanı, Ermənistanı, daha sonra Qara dəniz və Rostova qədər əraziləri əhatə edən dairənin komandanı təyin ediləndə biz Heydər Əliyevlə daha tez-tez görüşməyə, sıx əməkdaşlıq etməyə başladıq.

Qeyd etmək yerinə düşər ki, o aralar mən Çexoslovakiyada da işləyəsi oldum və məni ora məhz Heydər Əliyev yola salmışdı.

Bu, çox heyrətamiz idi...

Bir neçə il sonra Heydər Əliyev SSRİ-nin Politbüro üzvü oldu. Bu, çox yüksək bir vəzifə idi. Mən hər dəfə Moskvaya gələndə ona zəng etməyə utanırdım. Anlayırdım ki, bu cür vəzifə sahibinin ona gələn çoxlu sayda telefon zənglərinə ayıra biləcək vaxtı yoxdur. Amma darıxırdım. Nəhayət, uzun sürən tərəddüdən sonra ona zəng etdim. Dəstəyi Heydər Əliyevin köməkçisi qaldırdı. Mən hər şeyi ona anlatdım və köməkçi mənə şablon bir söz dedi: “Nömrənizi deyin, biz sizinlə əlaqə saxlayarıq”.

Adətən bu cümlədən sonra 99 faiz hallarda sizə zəng gəlmir. Mən də bunu çox gözəl anlayırdım. Bu yüksək vəzifəlilərin köməkçilərini bilirsiniz də... (gülür – red.).

Amma səhəri gün mənə həqiqətən də zəng gəldi. Bu, Heydər Əliyev idi. Biz onunla uzun-uzadı söhbət etdik. Bu, çox heyrətamiz idi. O gündən bəri Heydər Əliyev bir dəfə də olsun mənim zəngimi cavabsız qoymayıb. Siz təsəvvür edə bilməzsiniz bunun nə demək olduğunu. O vəzifədə olan bir adam ilə bu qədər ünsiyyətdə olmaq çox müşkül məsələ idi.

Bu, Heydər Əliyevi insan kimi xarakterizə edir. O, hamıdan fərqlənirdi. Həm peşəkar kadr, həm də gözəl insan idi.

Heydər Əliyevlə 3 saatlıq təkbətək görüş...

Artıq 1994-cü ildə Heydər Əliyev Azərbaycan Prezidenti vəzifəsində olarkən məni özü ilə Brüsselə “Sülh naminə Tərəfdaşlıq” proqramının imzalanmasına apardı. Təyyarədə olarkən biz 3 saatdan çox təkbətək müzakirələr apardıq. Söhbətin əsas mövzusu Azərbaycan Silahlı Qüvvələrinin strukturu idi. Axı o dövrlər bizim Silahlı Qüvvələrimiz Heydər Əliyevə sıfır səviyyəsində, dağıdılmış formada əvvəlki hakimiyyətdən miras qalmışdı. Əliyev heç nədən böyük bir ordu yaratmalı idi. Məhz odövrkü hakimiyyətin ordumuzu bu hala salması Qarabağı itirməyimizə gətirib çıxardı. Onlar lazımsız təlimlər, tapşırıqlar, inanılmaz eksperimentlər həyata keçirirdilər. Bunu az sayda adam bilir ki, Qarabağ məhz o dövrün hərbi hakimiyyətinin səhvləri ucbatından işğal olundu.

Bir sözlə, ordumuz didərgin halda idi və biz bu vəziyyətdən çıxış yollarını müzakirə edirdik. Biz təyyarədə detallı şəkildə Silahlı Qüvvələrin strukturunun necə olacağı barədə danışırdıq. Biz güclü və möhtəşəm bir struktur yaratmalı idik.

Əliyevin bu addımı məni qürurlandırdı

Brüsseldən qayıtdıqdan 3 gün sonra Heydər Əliyev prosesi işə saldı. Hər şey müzakirə etdiyimiz şəkildə oldu. Bu, mənə qürur verirdi. İllərdir Sovet ordusunda yığdığım təcrübə Vətənim, dostum üçün gərəkli oldu.

Bizim xəyalını qurduğumuz hər şeyi Heydər Əliyev reallığa çevirdi. O, hərtərəfli insan idi. Onun unikallığı heyran edirdi.

İlham Əliyevin bu addımı göstərdi ki...

1997-ci ildə Heydər Əliyev məni Bakıya çağırtdırdı və özünün hərbi məsələlər üzrə köməkçisi olmağımı təklif etdi. Əlbəttə ki, razılaşdım. Biz onunla 5 il birgə işlədik. Bu gün Azərbaycanın fəxrinə çevrilən Silahlı Qüvvələri yaratdıq.

Heydər Əliyevin ölümü hər birimiz üçün böyük zərbə oldu. Bu gün onun şərəfli yolunu oğlu İlham Əliyev davam etdirir. Mən onu hələ məktəbli vaxtlarından xatırlayıram. O, mənim oğlumla paralel siniflərdə oxuyurdu. 2017-ci ildə İlham Əliyevin tapşırığı ilə mən Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri vəzifəsinə təyin olundum.

O, bir dəfə də olsun məktubumu cavabsız qoymayıb. Bu, sizə tanış gəlir? Mərdlik onun qanındadır. O, Heydərin oğludur – bu qədər.

İllərdir ürəyimdə qalan sirlər...

Sonda mən Axar.az-a minnətdarlığımı bildirmək istərdim, çünki illərdir ürəyimdə qalan bu söhbətləri sizin sayənizdə danışdım. Sanki o günləri yenidən yaşadım. Çox yaşlanmışam, tez kövrəlirəm...

Tarix
2020.02.12 / 12:35
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla