Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
29 May 2020


Bakılı alimin iddiası dünyanı lərzəyə gətirdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Teleqraf.com-a istinadən ABŞ-da yaşayıb yaradan, elm dünyasının ən qalmaqallı simalarından olan Zaxariya Sitçin barədə maraqlı məlumatları təqdim edir:

Azərbaycanda doğulan yəhudi əsilli Zaxariya Sitçin anti-elmi paleokontakt nəzəriyyəsinin tərəfdarı, insanın yadplanetli mənşəli olduğunu təkidlə iddia edən araşdırmaçılardan biri idi.

Zaxariya Sitçin 1920-ci ildə Azərbaycanın paytaxtı Bakıda doğulub. Sitçin Bakıda anadan olsa da, İsraildə böyüyüb, burada “Əhdi-Ətiq”, Yaxın Şərq tarixi, müasir və qədim ibrani dilləri, eləcə də semit və Avropa dilləri sahəsində biliklər qazanıb. London Universitetini iqtisadiyyat ixtisası üzrə bitirib və 1952-ci ildə Nyu Yorka köçməzdən əvvəl uzun illər İsraildə jurnalist kimi çalışıb. Həmin illərdə qədim Şumer dilini və mixi yazılarını araşdırmağa başlayıb. Sitçinin bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub.

Zaxariya Sitçin 2010-cu ildə ABŞ-da vəfat edib.

Yadplanetlilərin dünyanı ələ keçirməsi

Zaxariya Sitçin on cildlik “Dünya Tarixçəsi” adlı kitabı ilə böyük qalmaqal yaradıb. Sitçin pre-astronomiyanın tanınmış bir nümayəndəsidir. O, antik Şumer mixi yazılı mətnlərinin tərcüməsinə söykənən nəzəriyyəsində iddia edir ki, xristianlıq tarixindən əvvəlki çağlarda mövcud olduğu ehtimal edilən 12-ci planet olan Nibiruda yaşayan Annunaki adlı yadplanetlilər dünyamızı ələ keçirərək, burda insanları özlərinə xidmət edən kölələr kimi yaradıblar. Yadplanetlilər öz planetlərini fəlakətə görə 432000 il əvvəl tərk ediblər və Misir piramidalarının kosmik gəmilərlə yerə gətiriblər.

Zamanla yadplanetlilər insan qadınlarla cütləşib dəyişiblər. Bu nəzəriyyəyə görə, 13000 il əvvəl böyük daşqın olub, çox sayda insan həlak olub, bundan sonra insanlar və yadplanetlilər arasında müharibə baş verib.

Sitçinin bu nəzəriyyəsi dövrün elm adamları tərəfindən tənqid olunsa da, günümüzün arxeleoloqlarına ilham qaynağı olub və qədim mədəniyyətlərə baxış bucağını dəyişdirib.

Nibiru planetinin Yupiterlə müqayisəli ölçüsü

Sitçin qədim Şumer-Anunnaki mədəniyyətinin Nibiru adlı planetdən yarandığına inanırdı. Ona görə, asteroid kəməri şumerlərin Tiamat adlandırdığı planetin bir hissəsi idi. Bu nəzəriyyə astronomiyada nəhəng toqquşma nəzəriyyəsinə bənzəsə də, aparıcı dünya alimləri müəllifin fikirlərini bölüşmürlər.

Sitçin araşdırmalarının bir çoxunun “Bibliya” mətnlərinə uyğun olduğunu və “Bibliya” mətnlərinin tarixinin Şumer təsvirləri ilə tənzimləndiyini iddia edirdi.

Nibiru (Babil kosmologiyasında Mardukla əlaqəli planet) Sitçin nəzəriyyəsinin əsas elementidir. Qeyd edirdi, Nibiru 3600 ildən bir günəş sistemindən keçən 10-cu planet olub.

Şumer kosmologiyasına görə, Nibiru günəş sisteminin 12-ci obyekti idi. Mars və Yupiter arasında yerləşən bir planetlə - Tiamat ilə fəlakətli toqquşması Yer planeti, Ay və asteroid kəmərini yaradıb. Sitçinin fikrincə, Nibiru bu toqquşmada sağ qalmış və daha sonra Yer kürəsinə gələn Şumer mifologiyasında adı çəkilən Anunnakinin - güclü humanoid irqinin vətəni idi. O, Yerdə gen mühəndisliyindən istifadə edərək, genlərini Homo erektuslara verərək insanları yaradıb. Annunaki Yer kürəsindəki ağır işlərindən yorulur, buna görə tanrılara üsyan edir, işçi qüvvəsinə ehtiyacı olduğunu bildirir. Bundan sonra Ulu Tanrı Annunakiyə mərhəmət edir, onun köməkçilərinin yaradılmasını əmr edir.

Sitçin ölənədək bu planetin hələ də mövcud olduğunu, Günəşdən uzaq bir orbitdə fırlandığını iddia edirdi. Habelə Nibirunun 2085-ci ildə Günəşə yaxınlaşacağın…

Tiamat nəzəriyyəsi

“Enuma Eliş”də təsvir edilən Tiamat bir tanrıçadır. Sitçinə görə, Tiamat da antik dövrdə mövcud olan bir planet idi, lakin Marduk (Nibiru) planetinin peyklərindən biri ilə toqquşduqdan sonra iki hissəyə ayrılıb. Günəş sistemindən ikinci keçid zamanı Nibiru planetinin özü Tiamatın parçalarından biri ilə toqquşub və onu müasir asteroid kəmərinə çevirib. Tiamatın ikinci parçası Nibiru ilə toqquşduqdan sonra Yerin orbitinə atılıb. Elm adamları belə bir ssenarinin mümkünsüz olduğuna inansalar da, Sitçin tərəfdarları əmindirlər ki, bu nəzəriyyə qitələrin ayrılmasının səbəbini və çöküntü süxurlarında təbəqələrin təbiətini izah edir.

Qədim dilləri tədqiq edən Maykl Heyzer Sitçinin tərcümələrində bir çox səhv tapıb ki, bunlar sözlərin kontekstdən çıxarıldığını və onların mənasını əhəmiyyətli dərəcədə təhrif etdiyini göstərir ABŞ-ın Dryu Universitetinin professoru Rocer Ueskott isə Sitçinin “On ikinci planet” kitabına nəzər saldıqda, onun şumer dilini həvəskar səviyyədə bildiyini demişdi.

Tarix
2020.04.03 / 12:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalılar Hitleri Moskvaya "gətirdi"

Şuşa bu gün od tutub yanacaq...

Nuru Paşanı öyən, Oryolda güllələnən şairimiz

Xalq şairinin xanımından gizlədilən ölümü...

Aşıq Ələsgər ocağındakı sirli ölüm: Növrəs yoxa çıxdı...

Bakı mənzərəsi: Daha sərt karantinə hazırlaşın! - Fotolar

Qərar ləğv edilsin, İrəvan geri tələb edilsin! - Çaxmaqlı

9 yaşında taxta çıxan böyük Azərbaycan şahı

Şarl de Qollun dostu, qəzada ölən azərbaycanlı...

Müəmmalı şəkildə ölən 35 yaşlı generalımız - 8 fakt

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla