Yuxarı

Həcc ziyarəti 1400 ildə neçə dəfə ləğv olunub?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həcc ziyarəti 1400 ildə neçə dəfə ləğv olunub?

Bütün dünya müsəlmanlarını koronavirus pandemiyası şəraitində bu ilin iyulunda olacaq Həcc ziyarətinin ləğv ediləcəyi ilə bağlı məsələ maraqlandırır. Ötən həftə Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarətləri naziri dindarları məsələyə tam aydınlıq gətirilənədək hazırlıq işlərini təxirə salmağa çağırmışdı. O əlavə etmişdi ki, indiki vəziyyətdə insanların sağlamlığı prioritet məsələdir.

Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinədəki müqəddəs məscidlərdə davamlı olaraq dezinfeksiya işləri aparır. Eyni zamanda, bu şəhərlərdə indiyədək 480 insanın koronavirusa yoluxduğu bildirilir. Krallıq ötən ay Ümrə ziyarətini və Məkkəyə bütün aviareysləri, o cümlədən daxili uçuşları dayandırıb. Rəsmi məlumata görə, bu ölkədə indiyədək COVİD-19 virusundan 25 ölüm halı qeydə alınıb. İndi bütün müsəlmanlar Həcc ziyarəti ilə bağlı Krallığın verəcəyi qərarı gözləyir. Bu, qarşıdakı ayda pandemiyanın yayılmasından asılı olacaq.

Bəs tarixdə Həcc ziyarətinin ləğv edilməsi halı baş veribmi?

Tədqiqatlar və Arxivlər üzrə Kral Əbdüləziz Fondunun (DARAH) məlumatına görə, Həcc ziyarəti ilk dəfə 930-cu ildə, Abbasi Xilafəti dövründə baş vermiş iğtişaş nəticəsində dayandırılıb. Həmin vaxt Məkkədə 30 mindən çox zəvvar öldürülüb və Kəbədəki qara daş Qətif bölgəsinə aparılıb. Bundan sonra on il ərzində Həcc ziyarəti yerinə yetirilməyib.

Həcc ziyarətinin növbəti dəfə dayandırılması isə 989-cu ildə baş verib. Həmin il Məkkədə bir çox zəvvarın ölümünə səbəb olan xəstəlik yayılıb. Əksəriyyəti dəvə ilə Məkkəyə gələn zəvvarların bir hissəsi də su qıtlığından dünyasını dəyişib. Qarşıdakı 29 ildə təkcə İraq müsəlmanları Həcc ziyarətinə gələ biliblər.

“ArabNyus” portalına müsahibə verən Kral Əbdüləziz Universitetinin tarix kafedrasının müdiri İmad Tahir qeyd edib ki, Həcc ziyarətinin ləğvi ilə bağlı tarixi faktlar siyasi iğtişaşlar və təriqət zəminində münaqişələrlə əlaqədar olub. Məsələn, müsəlman aləmində müharibələr nəticəsində 1099-cu ildə də Məkkəyə zəvvar gəlməyib.

Lakin Krallıq rəsmiləri bildirirlər ki, indiki şəraitdə Həcc ziyarətinin ləğv olunacağı ehtimalı çox azdır.

Tarix
2020.04.06 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla