"Toyxana" layihəsində
Bu sözləri Axar.az-a müsahibə verərkən "Toyxana"
layihəsini bugünkü qonağı "Məni axtar darıxanda" mahnısının
müəllifi və ifaçısı, gənc müğənni Emil Xan dedi.
Birinci yeri tutdum
- Səhnəyə ilk gəlişinizdən danışaq.
- İlk dəfə səhnəyə gələndə 11 yaşım var idi. Həvəsim oxumağa
deyil, pianoda ifa etməyə idi. Evimizin yanında musiqi məktəbi var
idi və bacım orda kamançadan dərs alırdı. Onun müəllimləri məni
görüb bəyəndilər və elə oldu ki, məndə orda təhsil alası oldum.
Məktəbdə oxuyarkən elə olimpiadada "Sevgili canan"ı oxudum və
birinci yeri tutdum.
- Gənc müğənnilərdən sizi fərqləndirən
nədir?
- Hərənin öz səs diapazonu var və nə ilə fərqləndiyimi tamaşaçı
deyə bilər.
"Qanqamstayl" tipli layihə gəlir...
- Hansı yeni layihələriniz var?
- Yeni bir layihəm var. Bu, bütün dünyaya səs salacaq.
"Qanqamstayl" tipli bir layihə olacaq.
- Həmin layihəni ərsəyə gətirmək üçün sponsorunuz
varmı?
- Sponsor sözündən zəhləm gedir və bu barədə danışsam, heç kimə
sərf eləməyəcək. Fərq etməz, istər kişi müğənnisi, istərsə də qadın
müğənnisi olsun.
- Bu gün şou-biznesdə qalmaqal rəqabəti əvəz edib,
razısınız?
- Elə müğənnilər olub ki, deyiblər "sənə bu qədər pul verirəm,
mənə söz at və gündəmdə qalım". Təbii ki, razı olmamışam.
Yekəxana olmaram.
- Emil Xan başqa müğənnilər kimi "ulduz" olmaq
həvəsindədir, yoxsa öz sözünü demək üçün gəlib bu
sənətə?
- Rəhmətlik Hüseyn Dərya bir gün mənə belə bir sual verdi: "Bu
sənətə gəlməkdə məqsədin nədir?" Mən ilk növbədə səsimi və
istedadımı nümayiş eləmək üçün gəlmişəm bu sənətə. Gələcəkdə çox
tanınmış müğənni insan olsam belə, başqaları kimi yekəxana olmaram.
Bu sənətə gələndə nə qədər çirkin insanlarla qarşılaşdım və həmin
çətinliklərdən keçdim.
- Çoxu bu sənətə pul qazanmaq üçün gəlir.
Razısınız?
- Çoxu elə düşünür ki, müğənnisənsə - varlısan və ən bahalı
maşını idarə edirsən. İnanın bu hamısına aid deyil. Kim nə üçün
gəlib deyə bilmərəm, mən istedadımı üzə çıxarmaq üçün bu
sənətdəyəm.
Nuri Sərinləndirici ağzının danışığını
bilmir
- Şou-biznesin bugünkü vəziyyəti sizi qane
edirmi?
- Müğənnilərin çoxu ağzının danışığını bilmir. Efir adamısansa,
bu sənətdəsənsə nitq qabiliyyətin olmalıdır. Düşünmürlər ki,
danışdıqları hər sözə diqqət yetirməlidirlər. Bu yaxınlarda bir
çəkilişdəydik və bir kişi müğənnisi ağzından elə bir söz çıxardı
ki, mən utandım. Hətta belə deyim, həmin şəxs Azərbaycanın öndə
gedən kişi müğənnilərindən biridir. Şəxsən mən özüm də onun
mahnılarını ifa edirəm, yəni o dərəcədə sevilən müğənnidir.
Verilişdən sonra ayaqyolunun yerini soruşurdu və bu cürə müraciət
etdi: "Buranın konservatoriyası haradır?". Şəxsən bu mənə pis təsir
etdi. Axı Konservatoriya bizim tədris ocağımızdır, ana-bacılarımız
orada təhsil alır.
- Əgər gündəmdə qalan açıqlama verirsinizsə, bəlkə ad
çəkəsiniz?
- Mən qalmaqal yaratmaq niyyətində deyiləm, amma əgər
soruşursunuzsa deyəcəm. Həmin şəxs məşhur müğənni Nuri
Sərinləndiricidir. O, ağzının danışığını bilmədi.
- Bilirik ki, toylara gedirsiniz. Hansı
məbləğə?..
- Mən heç vaxt toyu başdan axıra kimi idarə etmirəm. Saatla
gedib oxuyub çıxıram və heç bir zaman məbləğ deyib durmuram. İlk
olaraq toya getdiyim şəxsin maddi imkanı ilə maraqlanıram, sonra
müəyyən bir məbləğ deyirəm.