Yuxarı

Həbib Müntəzir: "Onlar heç kimin gözünün yaşına baxmır..."

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbib Müntəzir: "Onlar heç kimin gözünün yaşına baxmır..."

"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Davamlı olaraq virtual aləmin məşhurları ilə söhbətlərimiz olacaq. Layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və feysbukun "1" nömrəsi olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq.

Layihəmizin budəfəki qonağı sosial mediada populyar olan mühacir jurnalist Həbib Müntəzirdir.

Tinbala

- İlk sualımız layihəyə uyğun olaraq sosial mediada populyar olmağınla bağlıdır. Nə zamandan və hansı hadisədən sonra tanınmağa başladın?

- 2005-ci ildə "tinsohbeti.com" adlı satirik elektron jurnalı yaratdım. Həmin sayt çox məşhur oldu və ordakı "Tinbala" tipajı ilə tanındım. Sonra sayt dəfələrlə yasaqlandı. Yəqin ki, bununla da populyarlıq gəldi.

- Onda belə çıxır ki, sən feysbuka gəlməzdən qabaq internetdə populyar idin. Bəs feysbukda nə zamandan tanındın?

- Elədir. "Tin Söhbəti" olanda nə feysbuk, nə də digər sosial şəbəkələr vardı. Feysbukda məşhurlaşmağıma da elə "Tin Söhbəti"ndən qalan səs-küyüm səbəb oldu. Təbii ki, burdakı fəaliyyətimin də rolu var. Məsələn yadımdadır ki, parlament seçkiləri zamanı namizədlərin seçki təbliğatı çıxışları vardı. İctimai TV-dəki çıxışlarda olan maraqlı, gülməli məqamları qeyd edib, feysbuka yükləmişdim və xeyli adamın marağına səbəb olmuşdum.

- Sosial mediada özündən daha populyar sıravi Azərbaycanlı olaraq kimi tanıyırsan?

- Turxan Qarışqa, Mehman Hüseynov, Nərmin Nöqtə və s. Bundan başqa Davud Məmmədov da var. O daha çox rusdillilər arasında populyardır. Xatırladığım bu adlar oldu.

Yeganə tarixi video arxiv idi

- Sosial mediada hesab və səhifənin bağlanması ilə üzləşmisənmi?

- Olub, bir dəfə Robert Eyyubovla bağlı bir status yazmışdım. Həmin statusa görə feysbuk idarə heyəti tərəfindən mənə xəbərdarlıq gəlmişdi. Bir də yutub hesabımın bağlanması çox böyük böyük ajiotaja səbəb oldu. Çünki orda çox dəyərli və tarixi videolar vardı. Hətta dostlar arada-sırada deyirdilər ki, o hesab yeganə tarixi video arxiv idi. 600-ə yaxın video vardı.

- Bəs qaytarmaq mümkün olmadı o videoları?

- Hələ ki, mümkün olmayıb. Amma Yutub ilə danışıqlar gedir, ümid edirəm hesabımı geri qaytararlar.

- Hesabın bağlanan zaman əsas olaraq nə göstərirdilər?

- Hesabımda olan 3 videodan şikayət olunub. İkisi AzTV-yə aid olan kadrlardır. Müəllif hüquqları adı altında şikayət olunub. Halbuki AzTV-nin yutubda yüzminlərlə kadrları var və heç biri silinmir.

Yutub şirkəti rüşvət alıb

- Necə düşünürsən, haqlı olduğun halda sənin videolarını geri vermirlərsə, deməli, Yutub şirkəti də rüşvət alıb?

- Yox, rüşvət məsələsi deyil. Sadəcə, yutub müəllif hüququ məsələsində çox həssasdır və belə demək mümkündürsə , "heç kimin gözünün yaşına baxmır". Əslində, istənilən videonu sildirmək mümkündür. Məsələn, mən bir videoya qıcıq oluramsa, onu müəllif hüququnun pozulması adı ilə bir neçə dəfə şikayət edirsən. Qarşı tərəfdə insan yox, mexanizm onu kontrol edir deyə, bir çox hallarda şikayətlər avtomatik olaraq təmin edilir. Təbii ki, videonu yerləşdirən tərəfə də etiraz etmək haqqı tanıyırlar. Amma bu, çox uzun və yorucu bir prosesdir. Gərək haqlı olduğunu əsaslandırasan, məktublar yazasan və bütün işini-gücünü atıb, bu işlə məşğul olasan. Bir sözlə, mən indi ağır mərhələdəyəm. Əsaslandırmağa çalışıram ki, onlar bilə-bilə bu videolardan şikayət ediblər. Halbuki bu videoları özləri bəh-bəhlə göstəriblər. Yayımlanan videolarda heç bir ayıb və ya təhqir sayılacaq şey yoxdur. Sadəcə, süjetlərinə, özü də Həbib Müntəzirin səhifəsində baxılmasını həzm edə bilmirlər. Bilirlər ki, hamı onlara gülür.

Qürbət heç də rahat, problemsiz deyil

- Uzun illərdir mühacirətdəsən, ictimai-siyasi aktivliyin var. Elə insanlar var ki, heç bir aktivlikləri olmadığı halda mitinqdə şəkil çəkdirib mühacirətə getməyə çalışırlar. Belə şeylərə necə baxırsan?

- Çox qəliz söhbətdir. Mən özüm mühacirətdə olduğum üçün heç vaxt kiminsə mühacirətə getməyini qınaya bilmərəm. Bu cür edən şəxslərin vəziyyəti, həyatlarının necə olmasını da bilmirəm. Heç kəs öz vətənini, evini qoyub, qürbətə rahatlıqla getməz. Buna vətəndaşları məcbur edən səbəblər var. Mən buna əminəm. Ona görə heç kimi qınamıram. Amma qürbətdə illərlə yaşayan bir mühacir kimi məsləhət verə bilərəm ki, heç də onların bildikləri kimi rahat, problemsiz həyat yoxdur. Hər yerin, hər ölkənin özü boyda çətinlikləri var. Əgər həyatlarına hər hansı bir təhlükə yoxdursa, gəlməsinlər, vəssalam.

Heç yer vətənin yerini vermir

- Təhlükəsizliyinə əmin olsan, Bakıya qayıtmaq haqqında düşünərsənmi?

- Mütləq. Onsuz da bura gələndən Bakıya qayıtmaq barədə düşünürəm. Burda həmişəlik qalmaq fikrim yoxdur. Heç zaman da olmayıb. Nə qədər təhlükəsiz, rahat, azad ölkə olsa da, heç yer vətənin yerini vermir.

Ədalət nisbi anlayışdır

- Ədalətli olmaq naminə ürəyincə olmayan nəsə paylaşmısan?

- Yox, ürəyimcə olmayan heç nəyi paylaşmıram. Doğruluğuna inandığım və vacib bildiyim hər şeyi paylaşıram. Ümumiyyətlə, hər mövzuda səmimiyyət əsas prioritetimdir.

- Bəs ədalət?

- Ədalət nisbi anlayışdır. Təbii ki, özüm ədalətli insanamsa, paylaşdıqlarım da ədalətli olacaq. Bu, yenə də səmimiyyətə dayanan bir şeydir. Ədalətli olub-olmadığıma məni izləyənlər qərar verə bilər. Mənim deməyimlə, özümü ədalətli adlandırmağımla deyil axı.

- Sosial mediada bu qədər aktivsən. Buna görə sənə hər hansı bir rüşvət təklifi olubmu?

- Müəyyən mənada olub. Amma təhdidlər daha çox olur. Heç birini də ciddiyə almıram. Düşündükləri üçün sağ olsunlar.

Tarix
2013.12.19 / 14:51
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla