Yuxarı

Bakı mənzərəsi: Daha sərt karantinə hazırlaşın! - Fotolar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı mənzərəsi: Daha sərt karantinə hazırlaşın! - Fotolar

Karantin rejiminin bitməsi üçün 2 həftədən çox müddətin qalmasına baxmayaraq, Bakının mərkəzi küçələrindən hesab edilən Nizami küçəsində heç də adi vaxtdakından fərqlənməyən mənzərə gözə dəyirdi. Kafe və restoranların qonaqların üzünə qapalı olması belə bu küçənin ziyarətçilərini gəzinti fikrindən daşındıra bilməyib.

Axar.az xəbər verir ki, bəzi brend geyim mağazalarının fəaliyyətini bərpa etməsi Bakı sakinlərinin Nizami küçəsinə axınına ciddi təsirini göstərib. Mağazaların qarşısında düzülən növbələr, sosial məsafəni gözləməyən insanların brend mağazaların qapısından içəri keçmək üçün fürsət güdməsi gündən-günə artan yoluxma hallarının haradan qaynaqlandığını açıq şəkildə göstərir.

Küçə boyu, addımbaşı Post Patrul Xidməti işçiləri, hərbi geyimli şəxslər qarşılaşdıqları hər kəsi yoxlayırdı. Nə hikmətdirsə, onlarla insanın hamısının - kiminin elektron portalda, kiminin mobil telefonunda - icazəsi vardı. Vəziyyət o yerə gəlib çatıb ki, oradakı duruma nəzarət edən polislər belə oturacaqlarda əyləşən cütlüklərə, övladını əyləndirən valideynə, itini gəzdirən Bakı sakininə “gözün üstə qaşın var” deyə bilmirdi.

Polislərin yoxlamasından uğurla keçib, oturacaqlarda əyləşərək söhbət edən, yaxud izdihamı seyr edən şəxslərə bir də mühafizəçilər yaxınlaşır, əlləri ilə kameranı göstərərək üzrxahlıq edən bir tərzdə əyləşməyə icazə olmadığını xatırladırdılar. Bu qədər incə davranışdan adamın xəcalət çəkib evinə geri dönəsi gəlirdi. Gəl ki, bizim Nizami küçəsini gəzməyə gələn Bakı sakinləri razılaşdıqlarını göstərsələr də, vəzifələrini yerinə yetirən şəxslərlə sanki gizlən-qaç oynayırdılar. Nə günü-gündən artan yoluxma sayı, nə uzadılan və 3-cü aydır bitmək bilməyən karantin rejimi, nə də addımbaşı polis nəzarətindən keçmə ehtimalı şəxsi zövqləri üçün küçəyə axışmağı seçən insanların qarşısını ala bilmir.

Bəlkə də buna görə biz mayın 31-i sərbəst hərəkətimizin bərpa ediləcəyini, normal həyatımıza qayıdacağımız günü iplə çəkməkdənsə, ikinci dalğası ilə qapımızı döyəcək korona epidemiyasının gətirəcəyi daha sərt karantin tədbirlərini qarşılamağa hazırlaşmalıyıq.

Tarix
2020.05.13 / 15:52
Müəllif
Aytac Araz
Digər xəbərlər

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla