Yuxarı

Bu müharibənin nəticələri belə olacaq... – Ermənilərə müraciət

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən erməni alimlərindən, yazarlarından, ziyalılarından soruşuram: Siz kasıb erməni balalarının cəbhədən gələn meyitlərini görmürsünüz? Müxtəlif kanallarda yayılan, ağlayan, qaçan, imdad diləyən, döyüşmək istəməyən, Azərbaycan Ordusunun dəqiq zərbələri ilə tikələri ətrafa səpələnən həmvətənlərinizə yazığınız gəlmir? İlk 3 gündə 2300 nəfər... Bir ay davam etsə, 23000 olacaq. Hesablaya bilmirsiniz?

Əksinə, Azərbaycanda hərbi komissarlıqların önündə döyüşməyə getmək istəyən gənclərin basabas saldığını görmədinizmi? Siz heç vətəni uğurunda şəhid olmaq üçün dua edən, ALLAHA yalvaran, evdən qaçan, hətta səhhətində problem olduğu halda hər gün gəlib cəbhəyə getmək üçün xahiş edən bir xalq gördünüzmü, tarixdən oxudunuzmu?

Siz lideriniz Paşinyanın nə dediyini, nə etmək istədiyini ümumiyyətlə anlayırsınızmı? Onun fikir, ideya və əməllərində məntiq, alqoritm tuta bilirsinizmi? Sizi aparacaq yolun sonunu təsəvvür edirsinizmi?

Siz Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını izləyirsinizmi? Onun dediyindən, söz verdiyindən geri çəkildiyini gördünüzmü? Sonuncu dəfə dedi ki, "işğal olunan bütün torpaqları azad etmək üçün ordumuz əks-hücuma keçib". Bəli, əks-hücuma. Çünki yenə sizin Paşinyan məntiqsiz hərəkət etdi, mülki insanlara, yaşayış məntəqələrinə hücum əmri verdi...

Siz düşündünüz ki, erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Axı siz, məhz siz çox gözəl bilirsiniz ki, bu torpaqlar sizin olmayıb, heç vaxt da olmaycaq! Yalandan vətən, tarix illuziyası uydurmusunuz öz xalqınıza, Musa dövrünün cadugərləri kimi...

Biologiyada belə bir qanunauyğunluq var: Bitki cinsinin tarixi vətəni, filogenetik mərkəzi haradırsa orada onun yayılma arealı geniş, növləri çox olur. Bu qanun digər canlılara da aiddir. İndi siz baxın, müqayisə edin, Qafqazda sizə yaxın xalq varmı? Tarixən hansı geniş ərazilərdə yayılmısınız? Diliniz, antropoloji quruluşunuz, adət- ənənələriniz, milli-mənəvi dəyərləriniz, psixoloji-xarekterik xüsusiyyətləriniz bu yerlərdə tarixən yaşayan hansı xalqla uyğundur?

Sizin xalq bu yerlərə gəlmədir. Öz tarixi vətəninizi özünüz də bilmirsiniz. Naməlum nöqtədən bəlli nöqtəyə gəlmək mümkün deyil axı... Və bilirsiniz ki, kainatda daima bir xətli proses yoxdur. Yəni əksər proseslər periodikdir. İsti-soyuq, gecə-gündüz və s. “Binq Banq” nəzəriyyəsi də səhvdir, kainatın bir nöqtənin genişlənməsindən yaranması mümkün deyil... Siz də bir nöqtədən genişlənən, “böyüyən vətən” ideyası uydurmusunuz. Ancaq elə həmin nəzəriyyənin özündə genişlənən kainatın müəyyən zamandan sonra əksinə, sürətlə yığılmasının baş verəcəyi deyilir. İndi sizdə həmin yığılma baş verir. Bizdə dan yeri sökülür, günəş çıxır, sizdə isə axşamçağıdır, gecə düşür... Axı kainatda hər şey periodikdir...

İndi sizə bu müharibənin səbəbini xatırladım:

1. Erməni lobbisinin;

2. Bölgədə marağı olan imperiyaların;

3. Ermənistanda hakimiyyət və kapital qazanmaq istəyənlərin maraqları naminə erməni xalqından istifadə etmək.

Təbii ki, "böyük ermənistan" əfsanəsi ilə aldatmaqla…

Bu müharibənin gözlənilən nəticəsi:

1. Ağlınıza gəlməyəcək qədər əsgəriniz məhv ediləcək;

2. Qarabağ və bütün işğal etdiyiniz rayonlar azad ediləcək;

3. Artıq Qarabağda heç muxtariyyət statusuna da nail olmayacaqsınız... Çünki erməni vətəndaşlar özləri orda yaşamaq istəməyəcək;

4. Xalqınızı istifadə edən güclər, lobbiniz ona sahib çıxmayacaq, Paşinyan da hakimiyyətdən gedəcək, o birilər kimi... Yəni lazımı kapitalını yığıb gedəcək!

İndi siz bütün bunları bilmirsiniz? Niyə əsgərlərinizi Azərbaycan ordusunun ayaqları altında tapdalanmasına göz yumursunuz?

Hər şeyi bilirsiniz! Çünki şöhrət, ad-san, kapital xatirinə erməni xalqının, kasıb insanların beynini siz, sizin sələfləriniz zəhərləmisiniz, onların alət kimi istifadəsinə şərait yaratmısınız. Beləliklə öz xalqınızın keçmişinə, bu gününə, gələcəyinə xəyanət etmisiniz!

Sizin "ocaq" kitabının müəllifi, ən çox sevdiyiniz ideoloqlarınızdan biri Zori Balayan təxmini məntiqlə elə zənn edirdi ki, erməni xalqının təfəkküründə "milli ruhun", "böyük vətən" şüurunun ocaqlarını qaladı... Və sonra O "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdiyiniz soyqırım haqqında yazırdı: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Budur sizin yazıçınızın, “ziyalınızın” mənəviyyatı, təfəkkürü… Ancaq mən azərbaycanlı yazıçı, alim, vətəndaş kimi heç vaxt razı olmaram ki, erməni uşaqlarının dərisi soyulsun, başı kəsilsin. Azərbaycan əsgəri də bunu heç vaxt etməz. Çünki ailəsindən, məktəbindən, dövlətindən aldığı tərbiyyə, əqidə buna imkan verməz. Ümumiyyətlə Qafqaz təbiəti bu cür şeytan xislətli, namərd ruhlu insanlar yetişdirmir. Qafqazda olan heç bir insan uşaq dərisi soymaqla ruhunun dirçəldiyini, xalqının bununla fəxr edəcəyini iddia etməz. Qafqazın hansı daşında, torpağında, suyunda, canlısında Zorinin şeytanla rəqsdən dirçələn ruhuna uyğun mahiyyət vardır? Elə bu faktlar özü də göstərir ki, sizin xalqın filogenezi Qafqazda keçməyib. Yabanı və parazit sortlar kimi Qafqaza introduksiya edilmisiniz!

İndi İrəvan bazarlarında turşu sataraq, kasıbçılıqla böyütdüyü övladının ölüm xəbərini eşidən erməni anası Zori Balayanlarla fəxr edirmi?? Fəhləlikdən beli və ruhu əyilən erməni ataları oğullarının tikələrini torbalarda təhvil alanda ruhları qürurlanıb, dirçəlirmi? Ocaqları gur yanırmı?

Erməni xalqı bütün günahları siz Zori Balayanlarda görürmü? Axı onların övladlarının başına düşən bombalar, ürəyinə dəyən güllələr həmin 13 yaşlı qızın qan damcılarının şəklini dəyişmiş formalarıdır... Cəbhəyə yollanan, yarı yolda avtobuslarda diri-diri yanan erməni əsgərlərinin alovları Xocalıda öldürülüb, gözləri çıxarılan azərbaycanlı uşaqların cəsədlərinin donunu əritmək üçün deyil? Axı kainatda hər şey periodik, növbəli, dəyişkəndir... O mələklərin cəsədləri daima don qala bilməzdi...

İndi qaladığınız şər ocaqlarını Azərbaycan əsgəri söndürə-söndürə gəlir! Külünü Zorilərin başına, məzarına tökəcəkmisiniz?

Sönmüş ocaqlardan ruhunuz dirçələ biləcəkmi?

Sadıq Qarayev, dosent

Tarix
2020.10.10 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla