Yuxarı

Dərhal 7 rayonu azad etmək, sonra isə... - Paşinyan

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərhal 7 rayonu azad etmək, sonra isə... - Paşinyan

2020.10.15. 15:09

Ermənistan Baş naziri Nikol Paşinyanın Axar.az-a “şərti eksklüziv” müsahibəsi:

Bizim sual: Ermənistan Azərbaycan ərazilərini işğal edib və 30 ilə yaxındır ki, işğal altında saxlayır. Buna görə Qarabağda hazırda baş verən hadisələr gözlənilən idimi? Bu barədə nə düşünürsünüz?

Paşinyanın cavabı: “Cəbhədə yaranmış vəziyyətə toxunmazdan əvvəl, bu gün yaranmış hərbi-siyasi vəziyyəti anlamağn bizim üçün son dərəcə vacib olduğunu vurğulamağı zəruri hesab edirəm, lakin bunun üçün ilk növbədə müharibənin yaranmasının səbəb və şərtlərini anlamaq lazımdır".

Bizim sual: Səbəb nədir və İrəvan müharibəni dayandırmaq, həm də Ermənistan dövlətçiliyini xilas etmək üçün nə etməlidir?

Paşinyanın cavabı: “...Dərhal Bakıya 7 rayondan 5-ini vermək, qalan iki ərazinin verilməsi üçün konkret cədvəl təqdim etmək, habelə Dağlıq Qarabağın Azərbaycanın tərkibində hansısa status daşımalı olduğunu qeyd etmək lazımdır. Yəni ərazilər Qarabağın statusu müqabilində deyil, sülh üçün təhvil verilməlidir".

Bizim sual: Xocalı soyqırımını yaşamış, doğma torpaqlarından qovulmuş bir milyon qaçqına sahib olan Azərbaycan Qarabağda tarixi irsin vəhşicəsinə məhv edildiyini görə-görə 30 il münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq qaldı. Müxtəlif danışıqlar keçirilirdi, yalnız siz təklif olunan bütün həll variantlarından imtina edərək onları sıfırladınız. Bunun səbəbi nədədir?

Paşinyanın cavabı: ”Bu danışıqlar bazasını miras kimi alan Nazirlər Kabinetimiz, əslində, bu məsələnin müzakirəsindən imtina etdi. Müharibənin başlaması bizim üçün gözlənilməz olmadı, çünki biz bilirdik və gözləyirdik”.

Bizim sual: Yaranmış vəziyyətdə Azərbaycan Ordusuna qarşı vuruşan ermənilərə nə məsləhət görərdiniz?

Paşinyanın cavabı: “...Əslində, Qarabağ, ümumiyyətlə, ermənilərdən azad olunmalıdır”.

Bizim sual: Müharibənin ilk 18 gününü necə qiymətləndirirsiniz?

Paşinyanın cavabı: “Müharibənin 18 günü ərzində qəhrəman qoşunlarımız şimal və cənub istiqamətində bəzi məntəqələrdə geri çəkiliblər. Bu müddət ərzində böyük itkilər vermişik. Hazırda qurbanlarımızın sayı çoxdur. Tökdüyümüz qanların hər damcısı hamımızı matəmə qərq edir”.

Bizim sual: Səmimi cavab verin, nasist və terrorçu ideologiyaya sadiqsinizmi?

Paşinyanın cavabı: “Monte Melkonyanın və digər qəhrəmanların, qüdrətli əcdadlarımızın ruhu bu gün bizimlədir”.

Bizim sual: Danışarkən nədənsə qorxduğunuz hiss olunur. Bu, Azərbaycan Ordusu qarşısında qorxudur?

Paşinyanın cavabı: “Biz qorxularımızı qətiyyətə çevirməliyik”.

Qeyd: Nikol Paşinyanın cavabları ötən gün erməni xalqına etdiyi müraciətdəndir və verilən hissələrdə bir sözü belə dəyişdirilməyib.

Tarix
2020.10.16 / 10:31
Müəllif
Əli, Fatimə
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla