Axar.az
Yuxarı

Şəhid xüsusi təyinatlımız: Atamla anama deməyin ki...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi Təyinatlılar barədə çox eşitmişik, oxumuşuq. Hər zaman ən “qaynar nöqtələrin“ içinə atılıb riskli missiyaları yerinə yetirən çevik və hazırlıqlı dəstələrdir. Ölümlə üz-üzə gələndə gözlərini qırpmadan həyatlarından keçənlərdir. Bu dəstəyə üzv olmaq təsəvvüredilməz qədər çətindir. Müraciət edən 500 nəfərdən baryeri 30-40 nəfər keçə bilir.

İkinci Qarabağ savaşı - bugünkü döyüşlər göstərdi ki, ən müasir silahlarla bərabər döyüşü həm də bu cür fədakarlar udur.

Qonşumuz Şahin Sadıqlı ilə taleyimiz elə gətiridi ki, həm uzun illər bir qurumda - Dövlətnəşrkomda işlədik, həm də oxşar acı taleləri yaşadıq. 1993-cü ildə mənim qardaşım Mahir şəhid oldu, 2020-ci ildə Şahin müəllimin oğlu Xüsusi Təyinatlı İbrahim. İbrahim ata-anasından xəbərsiz bu dəstəyə üzv olmaq üçün çox ağır şərtləri (sərt hərbiləşmiş rejim, günlərlə ac-susuz qalmaq, istənilən vəhşi heyvan əti yemək, ciddi idman, hətta səni vursalar belə, düşməndən başqa heç kəsə əl qaldırmamaq və s.) qəbul edib və istəyinə çatmışdı. Bir sözlə, yelqanadlı atına minib savaşa hazır gözləyirdi. Evdə imanlı bir atadan, ləyaqətli bir anadan aldığı tərbiyə, gərgin zəhmət olduğu qrupun sevimlisinə çevrilmişdi. Şahin müəllimin üç oğlundan biri olan İbrahim davranışı, əxlaqı ilə bütün həmyaşıd qonşularından seçilirdi. Müharibə başlayan kimi döyüşə şığıyıb çoxlu sayda düşməni məhv edərkən də verdiyi anda xilaf çıxmamışdı. Bir nəfər də olsun uşağa, qadına silah qaldırmamışdı. Bu, həm mərd millətimizin mentalitetinə, həm də qulluq etdiyi peşəsinə sədaqətindən irəli gəlirdi. Həm də bilirəm ki, türkün döyüş mədəniyyətindən xəbərdar imiş

Atatürk savaşların birində görür ki, əsgərləri əsir götürdükləri ingilis zabitinin əlindəki ingilis bayrağını tapdalamaq istəyirlər. Dərhal özü əyilib yerə atılmış bayrağı qaldırır, öpür və deyir ki, yavrum, bu bir millətin qürur yeridir, bu məğlub olmuş ingilis zabitinin şəxsi əşyası deyil. Düşmən bayrağı olsa da, hörmətə layiqdir. Türkün belə möhtəşəm xarakterinə görə dünyada şərəflə təmsil olunması labüddür. Əlbəttə ki, gərək düşmənin də mərd olsun! Ta bizimki kimi, namərd və alçaq yox! Tanrı bu şərəfsiz tayfanı niyə bizə qonşu göndərdi, bilmirəm... Rəhmətlik Bəhmən Vətənoğlunun iki misrası yadıma düşdü:

Yaranandan fələk mənə düşməndi

Heç olmasa, düşmənim də mərd deyil.

İbrahimin qardaşı Vüqarın bir neçə cümləsini xatırlatmasam, onun necə cəsur, iradəli və məğrur olmasından oxucum xəbərdar olmaz: “Arada imkan olanda mənə zəng edərdi. Atamla anama harada olduğumu deyib narahat eləmə. Onsuz da, müharibə başlayıb, rahatlıqları pozulub. Mən bu döyüşdə hamınızın əvəzindən düşməndən qisasımızı almışam (bu yerdə Mahirin sözbəsöz mənə dediyi cümlələri yadıma düşdü). Atamla anamdan muğayat ol, mən yəqin ki, şəhid olacam". İndi Şahin müəllimin iki oğlu qardaşlarının vəsiyyətini yerinə yetirirlər: atalarına atalıq, analarına analıq edirlər. Gündəlik qayğılardan başım açılanda Şahin müəllimə baş çəkirəm, keçən dəfəki kiçik yazımda qeyd etdiyim kimi, başsağlığı verməyə gələnlərə oğlanlarıyla bərabər təsəlli verirllər. Sanki şəhid olan hüzrə gələnlərin övladıdır.

İndi əminliklə deyə bilərəm: bəli, Şahin müəllim, bu gündən sonra İbrahim təkcə sizin ailənin yox, həm də bütün xalqımızın övladıdır! Bütün türk dünyasının Şəhididir! İbrahim şərafətli ölümüylə-əslində ölümsüzlüyü ilə sizə və uca millətimizə bu haqqı qazandırdı!

Tarix
2020.10.25 / 10:59
Müəllif
Əlövsət Ağalarov
Şərhlər
Digər xəbərlər

Frans-24 telekanalının Ağdamdan yeni reportajı - Video

İranın nüvə proqramının "atası" öldürüldü: O, kim idi?

Qarabağın ən böyük gölləri hansılardır?

Düşməni diz çökdürən kəşfiyyatçımız necə Şəhid oldu?

Şuşaya bu cür hücum etdik: bıçaq, tapança və... - Video

Hindistanı idarə edən türk qadının faciəli sonu

Əjdər Həmidov niyə intihara cəhd etmişdi? – Faktlar

Şuşanı alan xüsusi təyinatlılardan biri

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

İki xalq artistinin şəhid nəvəsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla