Yuxarı

Ağcabədinin yaşayış məntəqələri atəşə tutulur - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Arasbar, Qaraxanlı və Hacılar kəndlərini ağır artilleriyadan atəşə tutub. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.

Axar.az xəbər verir ki, Azərtac-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Yuxarı Qiyaməddinli kəndinə gedərək erməni vəhşiliyinin izlərini lentə alıb, sakinlərlə həmsöhbət olub.

Kənd sakini Orxan Şükürov bildirib ki, təkcə bu gün kəndin ərazisinə 40-dan artıq mərmi düşüb. Nəticədə üç evə ziyan dəyib, bir evin hasarı uçub. Kəndin mütəmadi olaraq atəşə tutulmasına, çoxsaylı dağıntılara baxmayaraq sakinlərin əhval-ruhiyyəsi yüksəkdir. Hər kəs Ordumuza güvənir, qələbənin yaxında olduğuna inanır.

Kənddə olarkən eşidilən partlayış səsi tərəfə yollandıq. Kənd sakini Arzuman Qasımov yonca sahəsini göstərib dedi: "Baxın, elə indicə mərmilərdən biri bura düşərək partladı. Düşmən hər gün kəndi atəşə tutur. Lakin biz kəndimizi tərk etmirik. Ordumuza, Prezidentimizə güvənirik".

A.Qasımovla təzəcə söhbəti bitirib qayıdırdıq ki, mərmilərdən biri də jurnalistlərin yaxınlığına düşərək partladı. Xoşbəxtlikdən xəsarət alan olmadı.

Qeyd edək ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən, ağrı-acı yaşayan yaşayış məntəqələrindən biridir. Təmas xəttinə yaxın məsafədə yerləşən bu kəndi 1993-cü və 1994-cü illərdə Ermənistan silahlı birləşmələri iki dəfə işğal etsə də, Azərbaycan Ordusu tərəfindən azad olunub. Kəndi tərk etməyə məcbur qalan ermənilər evləri yandıraraq, hər tərəfə mina basdırıblar. Öz doğma yurdlarına qayıdan kənd sakinləri ötən dövr ərzində həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsi tez-tez pozmasından əziyyət çəkirlər.

Yuxarı Qiyaməddinli kəndi sentyabrın 27-dən başlayaraq demək olar ki, hər gün artilleriya atəşinə tutulur. İndiyədək kənddə 12 ev tamamilə dağılıb, 60-dan artıq evə ziyan dəyib. 56 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan, 300 baş ev quşları tələf olub, 1000 ədəd ot bağlaması yanıb.

Tarix
2020.11.07 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

Saakyan məhkəmədə elə etiraflar etdi ki...

Hadruta gələn iranlı general kimdir? - Foto

Əliyev və Paşinyan arasında danışıqlar ola bilər - Simonyan

Azərbaycana göndərilən yük müsadirə edildi

Azərbaycan nümayəndə heyəti Rusiyada mühüm forumda - Foto

Sahibə Qafarova İspaniyada rəsmi səfərdədir

Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir - Hacıyev

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla