Yuxarı

Frans-24 telekanalının Ağdamdan yeni reportajı - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Frans-24 telekanalının Ağdamdan yeni reportajı - Video

Rusiya ilə imzalanan və münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Dağlıq Qarabağın erməni silahlı qüvvələri Laçın rayonunu Azərbaycana təhvil verməlidirlər. Bununla da Azərbaycan Dağlıq Qarabağı əhatə edən 7 rayonun hamısını götürmüş olacaq.

Axar.az xəbər verir ki, bu barədə Frans-24 telekanalı Ağdamdan reportaj hazırlayıb.

Reportajda qeyd olunub ki, bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Dağlıq Qarabağın paytaxtı Xankəndindən yarım saatlıq məsafədə yerləşən Ağdam Azərbaycan qalası olmuşdur. Bu gün Ağdamda hələ də qalan yeganə bina bu məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Dağlıq Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. Məhz buradan Azərbaycan ordusu Dağlıq Qarabağın yaxınlıqdakı dağlarında yerləşən erməni silahlı qüvvələrinin mövqelərini atəşə tuturdu. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Məğlubiyyət sakinləri köç etmək məcburiyyətində qoydu. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər.

Yeni Azərbaycan Partiyasının üzvü M.Qasımov hiddətlənir: “Belə bir şəhəri bu günə salmaq olar? Bu evləri belə dağıtmaq olar? Siz bu evlərin keçmişini görsəydiniz baxardınız ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda idi. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki mümkün deyildi qalmaqları. Ona görə də əllərinə düşən hər bir şeyi dağıdıblar”.
Bərpa etməmişdən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən götürülmüş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları məsafədən idarə olunan bu minatəmizləyən robotu işə salıblar.
ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov: “4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar, aşkar edilərək zərərsizləşdirilmişdir. İnsanların geri qayıdışı 3-5 il ərzində, amma tam təmizləmək isə 10, 13, 15 il ərzində planlaşdırılır”.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə vurulmuş ziyanı 100 milyard dollardan çox dəyərləndirib və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcək.

Telekanlın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan videomaterialını təqdim edirik:

Tarix
2020.11.28 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla