Yuxarı

Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc...

Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən hərbçilərimizdən biri də 26 yaşlı Naildir.

Axar.az xəbər verir ki, Nail Nəriman oğlu İbrahimli 1994-cü ilin mart ayının 4-də Oğuz rayonu Xaçmaz kəndində anadan olub.

Nail 2011-ci ildə Vüqar İbrahimov adına 2 saylı orta məktəbi uğurla başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Uşaqlığından hərbiyə sevgisi olan Nail hərbi xidməti başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin sıralarına daxil olub. Xidmətdə böyük intizamı ilə seçildiyi üçün onu Xüsusi Təyinatlı Qüvvələrə qəbul ediblər.

O, Vətən müharibəsinin başladığı ilk gündən savaşa qatılıb və düşmənlə mübarizəyə ən öndə gedən qəhrəmanlarımızdan olub. Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edib və bu rayonların azad olunmasında xüsusilə fərqlənib.

Nailin son döyüş meydanı Şuşa olub. O, noyabrın 7-si gedən gərgin döyüşlər zamanı yaralanan xidmət yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəlib və şəhid olub.

Şəhidin məzarı Xaçmaz kənd Şəhidlər Xiyabanındadır.

Qeyd edək ki, Nail həm də güləşlə məşğul olub. Dəfələrlə yarışılarda iştirak edərək, bir neçə medal və diplom qazanıb.

Prezident İlham Əliyevin 9 dekabr sərəncamı ilə Nail İbrahimliyə (kiçik gizir) ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Tarix
2020.12.11 / 10:15
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

Qalibafdan xəbərdarlıq: Ölkələr sülhdən zövq almayacaqlar!

İlham Əliyevdən 8 Martla bağlı paylaşım - Foto

Dövlət Departamentindən bəyanat: Naxçıvana hücum...

Orban da Əliyevə zəng etdi: Hər bir dəstəyə hazırıq!

Bayramov Ərdoğanla müzakirə olunan mövzuları açıqladı

TDT Naxçıvana hücumla bağlı bəyanat yaydı

Ərdoğan TDT-nin XİN başçılarını qəbul etdi

Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi

Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla