Yuxarı

20 yaşlı Şəhid Təbriz: Harada və necə döyüşüb?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 yaşlı Şəhid Təbriz: Harada və necə döyüşüb?

Qarabağ uğrunda şəhid olan igidlərimizdən biri də 20 yaşlı Təbrizdir.

Axar.az xəbər verir ki, Təbriz İldırım oğlu Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.

Ailəsi bir müddət sonra Mingəçevir şəhərinə köçüb və Təbriz orta təhsilini də elə orada alıb. 2017-ci ildə orta məktəbi uğurla bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Anası Ülviyyə xanım deyir ki, Təbriz iki oğlundan kiçiyi olub:

“Tərbiyəli, ağıllı oğlan idi. Müharibə başlayandan 2 gün sonra oğlum döyüşə yollandı. Atası aparmışdı müharibəyə, elə atası da gətirdi... 18 gün axtarışdan sonra tapdıq balamı. Xaloğlusu Orxanla eyni gündə getmişdilər. Sevinirdik bir yerdə olmaqlarına, amma fələk ayırıbmış onları. Döyüşlərin birində Orxan Təbrizin arxasınca gedərkən şəhid olub.

Arzuları var idi, işləyəcək, ailə quracaqdı... Qismət olmadı. Telefonla danışanda hər dəfə “Şəhid olsam...” cümləsi ilə başlayırdı. Sanki hiss edibmiş öncədən.

Evimizin nəşəsi, sevinci idi. Danışan, gülən, şən biri idi oğlum. O gedəndən evimizdən gülüş səsləri kəsilib. İndi ondan yalnız xatirələri qalıb, danışdıqca bitmir”.

Təbriz Şuşa uğrunda döyüşlərdə iştirak edib. Yoldaşları danışır ki, o həm döyüşüb, həm də yaralı əsgərləri daşıyıb.

“20 yaşı olmasına baxmayaraq, elə döyüşüb ki, sanki dəfələrlə müharibədə iştirak edib. Sanki hazırlıqlı idi bu günə. Bizi darıxmağa qoymurdu, kefimiz olmayanda çalşırdı üzümüzü güldürsün. Hamımızdan balaca idi, amma ürəyi bəlkə də hamımızdan böyük...” – deyə xidmət yoldaşlarından biri danışıb.

Təbrizin özündən başqa bir qardaşı var.

Qeyd edək ki, Təbrizin nəşi 18 gün axtarışdan sonra tapılıb. Şəhidimiz noyabrın 26-sı Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

T.Cumuzadə Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Tarix
2020.12.16 / 12:20
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla