Yuxarı

Əsirlikdə olmuş hərbçimiz dəhşətli faktları açdı - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsirlikdə olmuş hərbçimiz dəhşətli faktları açdı - Video

15:31

Bizə xəstəxanada ancaq su verirdilər, yemək vermirdilər. Elə olurdu ki, 3 gün bizi ac saxlayırdılar.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.

“Mənə həbsxanada da işgəncə verdilər. Onlara heç nə edə bilmirdim, ancaq sözümlə təsir edirdim. Mən onlara dedim ki, dustağın yeməyini oğurlayıb evinizə aparırsınız. Ermənilərə dedim ki, Azərbaycan Ordusunda əsgərin nəyinəsə dəymək mümkün deyil. Mənə dedilər ki, sən nə qədər maaş alırsan. Biri gəldi ki, bəs kapitan nə qədər maaş alır? Dedim ki, 1200 dollar. Bunu eşidən zaman sualı verən pərt olub getdi.

Onlar mənə işgəncə verirdilər. Yarama barmaq soxurdular ki, dediyimizi təkrarla. Təkrar etmədikcə, yarama daha da ziyan vururdular. İstəyirdilər ki, daxili orqanlarıma nəsə etsinlər. Mənə dedilər ki, biz dediyimizi de. İstəyirsən, o birini gözünü də çıxarım? Mən dedim ki, dayanma. Tibb bacıları da bilərəkdən iynəni bir damara 15-20 dəfə salıb-çıxarırdı. O qədər dərimizin altına iynə vurmuşdular ki, qolumuz qapqara idi”, - o bildirib.

Tarix
2021.01.05 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla