Yuxarı

Şəhid komandirin övladı ilə son söhbəti… - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsinin qəhrəman oğullarından biri də 34 yaşlı Fəriddir.

Axar.az xəbər verir ki, Fərid İmran oğlu Zaməddinov 1986-cı ildə Oğuz rayonunda anadan olub.

O, 1992-ci ildə həmin rayonda 2 saylı tam orta məktəbə gedib. Orta məktəbi bitirdikdən sonra Fərid təhsilini Şəkidə davam etdirib.

2012-ci ilin aprel ayından hərbi xidmətini gizir kimi davam etdirib.

Aprel döyüşlərində xüsusi qəhrəmanlığı ilə seçilən Fərid 2020-ci il sentyabrın 27-si topçu komandir kimi döyüşlərə yollanıb. O, Kəlbəcər-Ağdarə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Döyüş yoldaşlarının danışdığına görə, düşmənin 30-a yaxın tankını məhv edib.

Fərid çox ailəcanlı bir insan olub. Bacısı Təhminə xanım deyir ki, həyatda ən çox övladlarına bağlı idi, onlarla nəfəs alırdı:

“İstədikləri hər şeyi alardı, deyəndə ki, uşaqları elə ərköyün böyütmə, deyirdi ki, mən atasız böyümüşəm, ata qayğısı görməmişəm, qoy övladlarım görsün, mən sağ olduğum müddətdə onların hər nazını çəkəcəm”.

Şəhidimizin həyat yoldaşı Zeynəb xanım deyir ki, Fərid müharibə başlayandan ən qızğın yerlərdə döyüşüb:

“Kompüter bilikləri mükəmməl idi, həmişə tam nişana atəş açıb, bir dəfə də olsa nişandan yayınmayıb. 30-a yaxın düşmən texnikasını təkbaşına məhv edib.

Döyüş yoldaşları arasında da böyük hörmət sahibi olub. Onlar danışır ki, Fərid sanki şəhid olacağını öncədən hiss edirdi. Son zamanlar deyirmiş ki, mən atasız böyümüşəm, qorxuram övladlarım da elə böyüsün. Belə deyəndə yoldaşları, “nigaran qalma, elə şey olsa, biz varıq, böyüdərik onları” deyiblər. Elə də oldu. Fərid şəhid olandan hər gün zəng edib əhvalımızı soruşur, tez-tez ziyarət edirlər”.

Xanımı danışır ki, Fərid sonuncu dəfə noyabrın 3-də bir günlük ailəsini görməyə gəlib, sonra yenidən qayıdıb döyüşə:

“Gəldiyi gün axşama kimi şəhidlər barədə reportajlara baxdı, telefonunda saxladığı düşmənin məhv edilən texnikalarının şəkilini göstərdi övladlarına. Elə qürurlu idi ki…

Birdən oğlumuz Aqşin soruşdu ki, ata, haram loxma yeyənlər şəhid olur? Atası isə cavabında “təbii ki, yox” dedi. Oğlum soruşanda ki, bəs sən heç haram loxma yemisən, atası növbəti dəfə “yox” deyə cavab verdi. Bu zaman oğlum “sən haram loxma yeməmisən, bəs birdən şəhid olsan?.." deyə soruşanda, Fərid cavab verə bilmədi, susdu…

Özünə paltar da almırdı, deyirdi uşaqlara olsun, mənə hərbi formam bəsdi”.

Düşmənin əsl kabusuna çevrilən Fəridi ermənilər dəfələrlə ən bahalı qurğuları ilə vurmaq istəyiblər. Dəfələrlə erməni atəşindən yayınmağı bacarsa da, noyabrın 9-dan 10-na keçən gecə, atəşkəsə yarım saat qalmış Talış kəndi istiqamətində düşmənin ard-arda birbaşa Fəridə tuşlanmış 2 mərmisi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Fərdi Zaməddinov Prezident İlham Əliyevin sərəncamın ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimiz Oğuz rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Onun 3 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Tarix
2021.01.11 / 13:42
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla