Axar.az
Yuxarı

Axar.Az Logo

Xırdalandakı partlayışdan daha ağırı Xətaidə yaşana bilər

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir paytaxt Bakının əsas problemlərindən biri də qanunsuz tikililər nəticəsində meydana gələn kortəbii məskunlaşma ilə bağlıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, işlək neft quyularının yaxınlığında, yüksək gərginlikli elektrik xəttlərinin altında, neft kəmərlərinin üstündə – bir sözlə kim harda fürsət tapıb orda da ev tikib.

Təbii ki, gecəqondu formasında tikilən bu cür evlərdə heç bir şəhərsalma qaydalarına da əməl olunmayıb. Bu cür qanunsuz tikililər o qədər çoxalıb ki, hətta Bakıda belə evlərdən ibarət küçələr, məhəllələr, qəsəbələr formalaşıb. Buna misal olaraq Xətai rayonunun UPD və NZS qəsəbələrini göstərmək olar. Bu ərazilərdə yüksək təzyiqli neft, qaz, benzin, dizel kəmərlərinin altında, üstündə evlər tikilib. Vəziyyət Rəşid Bağırov, Nazim Şükürov, Süleyman Əhmədov, Mingəçevir və Aşıq Qurban küçələrində daha acınacaqlıdır. Bu ərazilərdə yaşayış evləri ilə boru xəttləri arasında mühafizə zonası qalmayıb, evlər boru xəttinə bitişik formada tikilib. İnsanlar gündəlik məişət işlərini belə boru xəttlərinin əhatəsində görür. Kimi yuduğu paltarları boru xəttinin üstündə qurudur, kimi də xalçasını havaya verir. Burada hətta kəmərin altındakı boş ərazini zəbt edib ördək saxlayana da rast gəlinir. Bir sözlə bu ərazilərdə boru xəttlərinə aid olan texniki təhlükəsizlik qaydalarının heç birinə əməl olunmur.

Qanunvericiliyə əsasən boru xəttindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Lakin bu qəsəbələrdə divarı boru xəttlərinə söykənmiş evləri gördükdən sonra, nəinki 50 metr, kəmərdən 3-5 metr aralı olan tikililər belə insanı təəccübləndirmir.

NZS qəsəbəsi Süleyman Əhmədov küçəsində yaşayan Şahsuvar Mustafayevin evi də yüksək təzyiqli neft kəmərinə söykənib. Onun evinin pəncələri düz boru kəmərinin üstünə açılır. Paralel olaraq benzin, dizel, qaz xəttləri də evin bir neçə metrliyindən keçir. Deyir bu evi ucuz olmasına aldanıb alıblar. Lakin indi peşman olublar. Çünki qorxu içində qalıblar ki, boru xəttində hər an partlayış ola bilər.

UPD qəsəbəsi Rəşid Bağırov küçəsininin sakini Firudin Nəbiyev isə uzun illərdir bu ərazidə yaşadığını deyir. O əvvəlcə boru xəttinin mühafizə zonasında özünə iki mərtəbəli ev tikdirib, daha sonra isə zəbt etdiyi ərazini bir qədər də genişləndirərək qızına və oğluna da ev tikib. Onların evinin üstündən yüksək təzyiqli boru kəmərləri keçir. Bu xəttlərlə təhlükəli, tez alışan yanacaq məhsulları daşınır və hər an sızma nəticəsində yanğın, partlayış baş verə bilər. Bu evləri gördükdən sonra adamın ağlına bir neçə gün öncə Xırdalanda baş verən dəhşətli partlayış gəlir. Belə yerlərdə yaşayan minlərlə insan Xırdalandakı partlayışdan daha böyük təhlükə ilə üz-üzədir.

Araşdırma nəticəsində məlum oldu ki, vətəndaşların bu ərazilərdə məskunlaşmasının əsas səbəbkarlarından biri boru xəttlərinin mühafizə zonasındakı boş torpaqları zəbt edən işbazlardır. Onlar öz səlahiyyətlərindən sui-istifadə edən bəzi məmurlardan da dəstək alaraq bu ərazilərində gecəqondular tikərək satmaqla məşğul olurlar. Nəticədə minlərlə insanın həyatının təhlükəyə atılması hesabına kimlərsə pul qazanır.

Üstəlik mühafizə zonasında tikilən evlər kəmərlərə texniki xidmətin göstərilməsini də xeyli çətinləşdirir. Təsəvvür edin boru xəttində baş verən hər hansı sızıntının qarşısını almaq üçün əvvəlcə ev sahibindən icazə alınıb, sonra onun həyətinə daxil olmaq lazım gəlir. Bu isə neft kəmərlərinin mühafizəsini, zəruri hallarda texniki xidmətin göstərilməsini, eləcə də hər hansı qəza zamanı operativ müdaxilə imkanlarını, xüsusi texnikaların işləməsini xeyli məhdudlaşdırır.

Tarix
2021.01.28 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərdən Nikola dəstək: Rusiyaya qarşı maneə qalmadı

Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Reportaj

Yaponiya portalı erməni vəhşiliyi ilə bağlı reportaj yaydı

Ramiz Mehdiyevlə bağlı sensasion açıqlama

Ev dustaqlığına buraxılan mayorun ilk sualı bu oldu

Bakıdan izi ilə: Ankara möcüzəsi Doktor Haberal kimdir?

Bu baş versə, bizimkilər onları elə mələdəcək ki... - General

Bizi çox ciddi təhlükələr gözləyə bilər - Namazov

Naxçıvan necə xilas edildi? – Atatürkün qızılla aldığı torpaq...

Xüsusi təyinatlı Beyrəyin qardaşı: 26-sı zəng etdi ki, başlayırıq...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla