Yuxarı

Naxçıvan necə xilas edildi? – Atatürkün qızılla aldığı torpaq...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qars müqaviləsi Azərbaycan və onun ərazilərinin qorunması baxımından mühüm əhəmiyyətə malik sənəddir. Qars müqaviləsi bir tərəfdən Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, digər tərəfdən Türkiyə olmaqla, Qars şəhərində RSFSR-in iştirakı ilə 1921-ci il oktyabrın 13-də bağlanıb.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov bu gün 100 illiyi qeyd edilən Qars müqaviləsi haqda danışarkən deyib.

O bildirib ki, Naxçıvanın taleyinin müəyyənləşdirilməsi və muxtariyyət statusu Qars müqaviləsinə əsaslanır:

“Bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələri ilə referendum keçirilir və həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edilir, həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanır.

Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə predmeti olub.

Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi məsələlərini də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdır”.

Tarixçi alim bildirib ki, Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməmişdisə də, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmiş və Naxçıvan əhalisi bir daha soyqırıma uğrayacağı halda türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi:

“Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi.

Qeyd olunan maddədə yazılırdı: “Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri razıdırlar ki, indiki müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”.

Müqaviləyə görə, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi 11 km uzunluğunda müəyyən edilib, İranla sərhədi isə 176 km uzunluğunda, yəni 1828-ci il Türkmənçay anlaşmasında müəyyən olunduğu kimi, dəyişilmədən saxlanılıb.

Qars müqaviləsi müddətsiz imzalanıb və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Müqavilə 1922-ci ilin mart-iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin ilin 11 sentyabrında qüvvəyə minib. Qeyd etmək lazımdır ki, Türkiyə İğdır vilayətinin Aralıq-Dilucu məntəqəsi ilə Naxçıvanın Sədərək kəndindən keçən Araz çayı vasitəsilə sərhəd təşkil edən həmin 11 km-lik məsafə mühüm strateji əhəmiyyətə malik olduğu üçün XX əsrin əvvəllərində İstiqlal savaşı dövründə Mustafa Kamal Paşa tərəfindən qızıl pul ödənməklə alınıb”.

Tarix
2021.02.08 / 14:59
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla