Yuxarı

Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Reportaj

Bosniya və Herseqovinanın "O Kanal" telekanalının çəkiliş heyəti erməni işğalından azad edilmiş Ağdam şəhərində olub.

Axar.az xəbər verir ki, telekanalın əməkdaşı "Qafqazın Hirosiması" kimi adlandırıdğı Ağdam barədə reportaj hazırlayıb.

Reрortajda vurğulanıb ki, ətraf düzənliklər minalanıb: "Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi. Şəhərin böyük hissəsi dağıdılmışdı. Yalnız "Cümə məscidi" istisna təşkil edirdi. Təxminən 30 illik işğaldan sonra Azərbaycan Ağdamı və 1990-cı illərdə işğal olunmuş digər əraziləri azad etdi. Ağdam 1990-cı illərdə ən böyük cinayətlərdən birinin törədildiyi Xocalıda sakinlərin qaça bilməsi üçün yol idi. 1992-ci ildə Xocalı soyqırımı kimi məşhurlaşımış qırğın zamanı 613 nəfər həlak olub. Fevralın 26-da bu hadisənin 29 ili tamam olub".

Qeyd olunur ki, Ağdama qaçış Xocalı sakinlərinin əksəriyyəti üçün ölümcül oldu: "Vətən müharibəsinin zabitlərindən biri Zahid bəy həmin gecəni, dinc sakinlərin dağlarla və minalanmış ərazilərlə qaçmasını xatırlayır. Hər şey fevralın 25-dən 26-a keçən gecə baş verdi. Biz sakinləri mühasirəyə alınmış şəhərdən çıxarmağa çalışırdıq. Bizə dedilər ki, keçmiş SSRİ-nin 366-cı alayı ermənilərlə birgə şəhəri mühasirəyə alıb. Yaralıları çıxarandan sonra biz bir qədər irəli getdik və dağın başında yerdə uzanmış yüzlərlə insan, qadın, uşaq, kişi gördük. Mən uzun müddət şokda idim".

Tarix
2021.02.27 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla