Yuxarı

SSRİ-də yaradılan ilk hərbi qənimətlər muzeyi - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə 1943-cü ildə, İkinci Dünya müharibəsi dövründə hələ Ukraynanın bir hissəsi alman faşistələrindən azad olmamış əsası qoyulan, burada azad olunmuş ərazilərdə almanlardan əldə edilmiş qənimətlərin ilk dəfə sərgilənməyə başlandığı hərbi muzey keçmiş SSRİ məkanında bu müharibədən sonra ilk muzey hesab olunur.

Axar.az xəbər verir ki, Report hazırda İkinci Dünya müharibəsini əhatə edən Ukraynanın Milli Tarix Muzeyi adlanan, Ukraynanın şərqində suverenlik uğrunda gedən Donbas müharibəsindən qalmış əşyalar nümayiş etdirilən muzey-kompleksdən reportaj hazırlayıb.

Sonralar İkinci dünya müharibəsi ilə bağlı dünyanın bir çox yerlərində bu tip hərbi muzeylərin sayı çoxalsa da Kiyevdəki qeyd etdiyimiz muzey özünəməxsusluğu və tarixi yolu ilə fərqlənib. Muzeydə ilk geniş həcmli sərgi 1946-cı ildə dünya mediasının iştirakı ilə baş tutub. Müharibədən sonra muzeyin həcmi və sərgilənən komponentlərin tərkibi genişlənsə də 1954-cü ildə müəyyən səbəblərdən SSRİ rəhbərliyi tərəfindən müəyyən müddətə bağlanır. Lakin 1974-cü ildə yenidən və daha geniş təqdimatla ziyarətçilərin üzünə açılır. İlk əvvəl hərbi muzey adı ilə fəaliyyət göstərən məkan insanlar tərəfindən o qədər maraqla qarşılanır ki, Sovet İttifaqı rəhbərliyi Kiyevin Peçerski rayon ərazisində ona yaxın yerdə memorial kompleks inşa edib məkana dövlət statuslu muzey-kompleks adı verib. Bu statusda ilk açılışı isə 1981-ci ildə baş tutub. Muzey-memorial kompleksin məramı ondan ibarət olur ki, İkinci Dünya müharibəsinin yaratdığı fəsadlar, faşizm və onları qəhrəmancasına məğlub edən sovet xalqlarının yeni nəslinə nümayiş olunsun. Muzey-kompleks keçmiş SSRİ-də ən böyük kompleks hesab olunub və burada nümayiş olunan əşyaların sayı ümumilikdə 400 minə yaxın olub.

Ukraynanın müstəqillik dövründə - 1996-cı ildə Ukrayna prezidentinin sərəncamı ilə muzey-kompleksə milli sərvət və elmi araşdırmalar üçün mərkəz statusu verilib. 2015-ci ildə isə Ukrayna rəhbərliyi tərəfindən muzeyin adı dəyişdirilərək “İkinci Dünya müharibəsini əhatə edən Ukraynanın Milli Tarix Muzeyi. Memorial Kompleks” adı verilib.

Tarix
2021.05.16 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla