Yuxarı

Sərhəddəki oyunu ifşa edən Kut sakini həqiqəti dedi - Tarixçi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhəddəki oyunu ifşa edən Kut sakini həqiqəti dedi - Tarixçi

Hazırda ermənilərin yaşadığı Kut kəndi tarixi Azərbaycan torpağıdır. Ermənilərin özləri də etiraf edirlər ki, onlar 33 ildir Kut kəndində məskunlaşıblar.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan MEA Tarix İnstitutunun “Qarabağ Tarixi” şöbəsində böyük elmi işçisi, tarixçi Bəxtiyar Həsənov deyib.

Bəxtiyar Həsənov qeyd edib ki, sözügedən kəndin adı Kut deyil:

“Kut kəndi Zod yataqlarına yaxındır. Elə buna görə də kəndin adı Zod yataqları ilə bağlıdır və qızıl mədənlərinə görə kənd Zərzibil, sonra isə Zərkənd adlandırılıb. 1988-ci ilə qədər Kut kəndinin bütün əhalisi Azərbaycan türkləri olub. Orda təxminən 370 ailə yaşayıb. 33 il əvvəl azərbaycanlılar Kut kəndindən deportasiya olunublar, elə həmin ildə erməniləri ora köçürüblər. Hazırda da həmin kənddə təxminən 50-60 ailə yaşaya bilər”.

Qeyd edək ki, ötən həftə Nikol Paşinyanın Kut kəndinə səfəri zamanı yerli sakinlə dialoqu böyük müzakirəyə səbəb olmuşdu. Yerli sakin ermənilərin 33 il əvvəl Kuta köçdüklərini və türkləri (azərbaycanlıları) buradan qovduqlarını kameralar önündə bildirmişdi.

Tarix
2021.06.04 / 17:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla