Yuxarı

Azərbaycanlı kosmonavt Mirqədirov... - ABŞ səfirliyi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı kosmonavt Mirqədirov... - ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan əsilli amerikalı aerokosmik mühəndisi Allen (Ələkbər) Mirqədirovun uğur hekayəsi barədə məlumat yayıb.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, Allen Mirqədirov 1991-ci ildə hələ 10 yaşında ikən ailəsi ilə birgə ABŞ-a köçüb.

“Allen Koloradoda Amerika Hərbi Hava Akademiyasında kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində isə aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. Daha sonra o, ABŞ Milli Aeronavtika və Kosmik Agentliyində (NASA) fəaliyyətə başlayıb. 2015-ci ildə Havay adalarında başlayan Marsa şərti 8 aylıq uçuş ekipajının 6 üzvündən biri seçilib. Elə bu layihə ilə kosmik sənayənin inkişafına və gələcəkdə Marsa uçuşa böyük töhfə vermiş olub. Layihənin məqsədi, 8 ay ərzində ekipaj üzvlərinin uyğunlaşa bilməsini yoxlamaq, mümkün psixoloji problemləri araşdırmaq və Marsa uçuşlar həyata keçirilməyə başladıqda bu təcrübədən istifadə etməkdən ibarət idi”, – səfirlik bildirib.

Allen Mirqədirov, həmçinin 2019-cu ildə Moskvanın Biotibbi Texnologiyalar Mühəndisliyinin problemləri İnstitutunda 4 aylıq şərti Aya uçuş beynəlxalq ekipajının üzvü olub.

Müsahibələrin birində onun kimi kosmonavt olmaq arzusunda olanlara məsləhətlərini dilə gətirib:

“Mənim pərəstiş etdiyim şəxslər hər zaman təhsilə böyük önəm verib. Məsləhətim odur ki, çox yaxşı oxuyun, sual verməkdən çəkinməyin və daima irəli gedin”.

ABŞ səfirliyi bildirib ki, Allen Mirqədirov kimi insanlar ABŞ və Azərbaycan arasında bağ qurur və bir daha ABŞ-ın Azərbaycandan və dünyanın digər ölkələrindən olan istedadlı insanlar üçün imkanlar diyarı olduğunu xatırladır.

Tarix
2021.07.10 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla