Axar.az
Yuxarı

Axar.Az Logo

Hədəf Qərbi Zəngəzurdur - Politoloq detalları açıqladı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az politoloq Fikrət Sadıqovun Publika.az-a müsahibəsini təqdim edir:

- Fikrət müəllim, Prezidentin iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmanda bir neçə diqqətçəkən detallar var. Dağlıq Qarabağ ifadəsi rəsmi olaraq götürüldü, Qarabağ iqtisadi rayonu yaradıldı. Bunun siyasi əhəmiyyəti nədən ibarətdir?

- Bütün bunlar aydın məsələdir, baxmayaraq ki, bu bölünmə iqtisadi xarakter daşıyır. Ancaq bunun arxasında müəyyən siyasi məqamlar da var. Biz qonşularımıza da, region ölkələrinə də, eyni zamanda digər dövlətlərə də nümayiş etdiririk ki, bu, bizim ərazimizdir. Bu ərazini belə bir formada, bu cür formatda bölməkdə təbii ki, biz inkişafa, tərəqqiyə doğru addım atdığımızı göstəririk. Bizim bu istiqamətdə atdığımız addımlar Azərbaycan iqtisadiyyatının inkişafına yönəlib. Bu məsələlərdə faktiki olaraq yeni reformist addımlarımızı atırıq.

- Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ortaya qoydu. Bununla Xankəndi, Xocalı, Xocavəndlə bağlı ermənilərin iddialarının rəsmən üzərindən xətt çəkildiyini hesab etmək olarmı?

- Əslində, Bakı rəsmi şəkildə bir çox qüvvələrə cavab verdi. Baxmayaraq ki, ermənilər Xankəndini özününküləşdirməyə çalışırlar, ancaq Xankəndi Azərbaycanın əzəli tərkib hissəsidir. İqtisadi rayonlara bölünmə məsələsi ilə Xankəndi və ətraf rayonların, hətta ermənilər yaşayan bölgələrin Azərbaycana tabeçiliyi şübhə altına alınmır. Biz bunu həm də iqtisadi baxımdan önəmli addım hesab edirik. Eyni zamanda burada siyasi məqamlar da var. Siyasi motivlər ondan ibarətdir ki, biz ölkələrlə münasibətlərimizi quranda, region ölkələri ilə də əlaqələrimizi inkişaf etdirəndə bu mövqedən çıxış edirik. Bizim mövqeyimiz budur. Əsas prioritetimiz ərazi bütövlüyümüzdür, torpaqlarımızın bölünməməsidir. Biz bu məsələdə israrlıyıq.

- Müharibədən sonra Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələnin necə olacağından narahat olanlara bu fərmanla rəsmi cavab verildimi?

- Biz görürük ki, İrəvandan müxtəlif şüarlar səsləndirilir. Bildirirlər ki, guya Şuşa onlarındır, Hadrut geri alınmalıdır və s. Ermənistan tərəfindən belə bir bəyanatlar səslənir. Biz bu addımla onlara haqsız iddialarının sona çatdığını sübut etdik. Onların faktiki olaraq bu məsələdə ağzını yumduq. Beləliklə, ermənilərə sübut etdik ki, bizim heç kəsə torpaq payı vermək fikrimiz yoxdur. Həm məkrli qonşularımız, həm də digər qüvvələr bunu birdəfəlik dərk etsinlər və bundan nəticə çıxarsınlar.

- Bu, həm də status məsələsinin üzərindən birdəfəlik xətt çəkdi.

- Təbii ki. Biz bu məsələdə prinsipial mövqe tuturuq. Artıq heç bir status məsələsi müzakirə olunmayacaq. Status arxada qaldı. Biz 30 il haqq və ədalətin bərpa olunmasını gözləmişik. Onlar bizdən Qarabağla bağlı hansısa status gözləməsinlər. Əgər ermənilər dinc yaşamaq istəyirlərsə, normal, sivil formada inkişaf etmək niyyətləri varsa, onlar Azərbaycanla sülh müqaviləsi bağlasınlar. Beləliklə, bu məsələ ilə bağlı regionda stabillik və təhlükəsizlik yaransın. Onlar da normal inkişaf edə bilsinlər.

- Fərmanda olan digər əsas detal Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması idi. Bunun əhəmiyyəti nədən ibarətdir və Ermənistana hansı mesajı verdik?

- Bunun həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Çünki tarixən Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsi idi. Onlar bəzi hallarda İrəvanda Zəngəzur dəhlizinin açılmasına bir sıra əngəlləri ona görə törədirlər ki, guya biz Zəngəzuru özümüzə məxsus olan torpaq kimi sayırıq. Ancaq onlar başa düşməlidirlər ki, başqa bir çıxış yolları yoxdur. Biz Vətən müharibəsində qələbə qazanmışıq, onları məğlub etmişik. Təbii ki, Zəngəzur dəhlizi açılmalıdır. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ermənilər üçün bir mesajdır. Biz bu məsələdə israrlıyıq və heç zaman da tutduğumuz mövqedən çəkilməyəcəyik. Biz Zəngəzuru inkişaf etdirəcəyik. Çünki ora Azərbaycana məxsusdur. Əgər onlar müəyyən fayda qazanmaq istəyirlərsə, o zaman bu dəhlizin açılmasına əngəl törətməsinlər. Bu proseslərin icrasında problem yaratmaqdan çəkinsinlər. Sadəcə olaraq Zəngəzur məsələsində Azərbaycanla razılığa gəlməlidirlər.

- Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmən elan edilməsi hesab oluna bilərmi?

- Azərbaycanda bir çox islahatlar keçiriləcək. Həm iqtisadi, həm də siyasi sahədə islahatlar olacaq. Düşünürəm ki, niyə də olmasın. Əlbəttə olar. Bu, bir addımdır. Ola bilsin ki, bu məsələdə ilk addımlardan biridir. Bu, əlbəttə ki, Qərbi Azərbaycanla bağlı addımlardır. Mənə görə, əgər Ermənistanda sağlam düşüncəli insanlar varsa, bunu dərk etməlidirlər. Çünki bizim bu yanaşmamız prinsipial mövqeyimizin bünövrəsini təşviq edir. Bunun başqa bir variantı ola bilməz.

Tarix
2021.07.10 / 15:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robot düzəldənlər, İspaniyaya tələsənlər və… - Reportaj

Belə çıxır ki, dövlət bizi izləyib, dronla vuracaqmış...

Əliyev-Putin görüşü və Nikolun qaçaraq “təklifi”

Düşmənə qarşı cihad elan etmiş Zəngəzurun son qazisi

Döyüş yoldaşı: Polad erməni texnikasını tək ələ keçirdi – Video

Heydər Əliyev şəhid polkovniki bu əməliyyata görə təltif etmişdi

Kanadalı tarixçidən ilginc açıqlama: Kəbə Məkkədə olmayıb

Azərbaycanlı kosmonavt Mirqədirov... - ABŞ səfirliyi

“Azərbaycan” adının Stalinlə əlaqəsi… – Həsən Həsənov

Azərbaycan adlı ilk dövlət nə vaxt yaranıb? – Həsən Həsənov

KULT
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla