Yuxarı

Əliyev-Putin görüşü və Nikolun qaçaraq “təklifi”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynovun Axar.az-a müsahibəsi:

- Makronun Ermənistana səfərinə hazırlıq görülür. Sizcə, Fransa prezidentinin İrəvana səfərinin hədəfi nədir?

- Vətən müharibəsi sonrası bölgədəki sülhün və təhlükəsizliyin təmin olunmasında Qərbin və regional güclərin üstünlük qazanmaq səyləri hiss olunur. Cənubi Qafqaz regionunun dünya üçün geosiyasi əhəmiyyət kəsb etməsi istər beynəlxalq, istərsə də regional gücləri hərəkətə gətirib. Rusiyanın bölgəni özünün geosiyasi təsir dairəsindən çıxarmaq istəməməsi Avropa dövlətlərini narahat edir. Bunun üçün Fransa və ümumilikdə AB özünün iqtisadi-siyasi yardımlarından istifadə etməklə regiondakı geosiyasi maraqlarını genişləndirməyə, region dövlətləri ilə münasibətlərini inkişaf etdirməyə çalışması bu baxımdan başa düşüləndir.

- İlham Əliyev Şarl Mişeli Bakıda qəbul edəndən sonra Moskvaya səfər etdi. Prezidentin Rusiya səfərinin mesajı nədir?

- Azərbaycan bölgənin geosiyasi-geostrateji və geoiqtisadi baxımdan vacib ölkəsi kimi regional sülhün və təhlükəsizliyin qorunmasında maraqlıdır. Dövlətlərarası münasibətlərlə qarşılıqlı maraqlara söykənən siyasətə üstünlük verir. Düşünürəm, bu siyasət Azərbaycanın daxili iqtisadi-siyasi gücünün artması, beynəlxalq birliyə inteqrasiyası üçün önəmlidir. Digər tərəfdən Avropaya inteqrasiyanın Rusiya ilə münasibətlərin qorunub saxlanması ilə paralel həyata keçirməsi ölkənin hərbi-siyasi təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

- Vladimir Putin İlham Əliyevlə görüşündə yaxın zamanda Azərbaycana nüfuzlu bir nümayəndə heyətinin gələcəyini bildirdi. Sizcə, bununla bölgədə kommunikasiya xətlərinin və Zəngəzur dəhlizinin açılması prosesinin növbəti mərhələyə keçə bilərmi?

- Rusiya regionun ən güclü dövlətlərindən biridir. Azərbaycan hər zaman Rusiya ilə əlaqələrin dostluq, qarşılıqlı anlaşma şəklində davam etməsinə çalışmışdır. Hazırkı vəziyyətdə iki ölkə başçısının görüşündə Putinin yaxın zamanda Azərbaycana nüfuzlu bir nümayəndə heyətinin gələcəyini bildirməsi Rusiyanın Azərbaycana verdiyi önəmin nəticəsidir. Lakin şübhəsiz ki, AB-nin bölgəyə maraq göstərməsi də Rusiyanın bu cür nümayəndə heyətinin göndərməsinə öz təsirini göstərib. Rusiya Azərbaycanla əlaqələrini genişləndirməklə regiondakı nüfuzunu qoruyub saxlamağa çalışır. Digər tərəfdən Rusiya nümayəndə heyətinin Azərbaycana gəlməsi iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verməklə bərabər, regional kommunikasiya əlaqələrinin, Zəngəzur dəhlizi məsələsinin də reallaşmasına inam yaradır.

- Putinin “status” və “hərbi əsir” məsələsindən danışmamasını Azərbaycanın siyasi uğuru kimi qiymətləndirmək mümkündürmü?

- Məncə, bu, Rusiyanın yeni status-kvonu qoruyub saxlamaq cəhdidir. Çünki hazırkı hərbi-siyasi vəziyyət Rusiyanın maraqlarına uyğundur və hər iki ölkəyə təsir imkanlarını həyata keçirmək şansı qazandırır. Amma Azərbaycan mövcud vəziyyətdən düzgün istifadə edərək, hərbi-siyasi gücünün artırılması, Türkiyə ilə, Avropa Birliyi ilə hərbi əməkdaşlığının genişləndirilməsi istiqamətində ciddi addımlar atır.

- Nikol Paşinyan bu gün Azərbaycana qoşunların sərhəddən bərabər şəkildə çəkilməsi və burada Rusiya sərhədçilərinin yerləşməsini yenidən təklif edib. Qərbyönlü Paşinyanın bu açıqlaması nəyə hesablanıb?

- Bu gün Nikol Paşinyan anlayır ki, AB-yə inteqrasiya cəhdləri və Ermənistanın kifayət qədər böyük həcmdə ondan yardım alması ölkənin Rusiya ilə münasibətlərinin tamamilə itirilməsinə gətirib çıxara bilər. Rusiyaya arxa çevirərək, tamamilə Qərbə doğru yönəlmək Ermənistan üçün ciddi itkilərə səbəb ola bilər. Nəzərə alsaq ki, bu dövlətin mövcudluğu illərdir, Rusiyanın himayəsi ilə davam etməkdədir, belə olan təqdirdə Nikol Paşinyan yenidən bu təklifi səsləndirməsi erməni hiyləsinin, məkrinin bariz nümunəsidir.

Tarix
2021.07.22 / 17:28
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla