Yuxarı

Uğurlu sahibkar olmaq üçün nə etməli? - Müsahibə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az gənc sahibkar Hüseyn Cəfərlinin uğurlu sahibkarlığın inkişaf sirləri ilə bağlı müsahibəsini təqdim edir:

- Uğurlu sahibkar olmağın əsas şərti nədir?

- Uğurlu sahibkar olmaq üçün öncə bazar araşdırması aparmaq şərtdir. Hər bir sahibkar quracağı işi sevməlidir. Çıxdığı yolda əsla ümidsiz olmamalıdır. Yeni layihələr, ideyalar düşünməlidir. Bazarla ayaqlaşmaq üçün xarici və daxili bazarı yaxından izləməlidir. Daim müştəriləri cəlb edəcək yeniliklər etməli, ən əsası isə quracağı işin keyfiyyətinə və dayanıqlılığına diqqət yetirməlidir. Hər bir halda uğurlu və uğursuz sahibkarları, onların sahələrini və atdıqları atdımları araşdırmalıdır. Düzgün bazar araşdırmasından sonra tələbatın daha çox nəyə olduğunu müəyyənləşdirmək asan olur.

- Hazırda kiçik və orta biznes ölkə iqtisadiyyatında, o cümlədən ÜDM-də və məşğulluqda hansı yeri tutur?

- Kiçik və orta sahibkarlıq hazırda dünyada ən geniş yayılmış sahələrdən biri olsa da, Azərbaycanda yeni yaranmış sahələrdəndir. Kiçik və orta sahibkarlıqda ən böyük pay ticarət sahəsinə düşür, daha sonra xidmət və tikinti sahəsi gəlir. Ölkəmizdə kiçik və orta sahibkarlıq ÜDM və məşğulluq sahəsində də əvvəlki illərə nisbətən xeyli inkişaf edib. Nəzərə alsaq ki, kiçik və orta sahibkarlar ən çox Bakı ərazisində fəaliyyət göstərirlər, bu da rəqabət mühitini artırır.

- Sahibkarlıqla bağlı bir çox faydalı proqramlar var. Hansılarından faydalanmısınız?

- Ölkəmizdə sahibkarlığın inkişafı üçün səmərəli dəstək proqramları həyata keçirilir. Kiçik sahibkar olaraq faydalandığım hazırkı layihə mikro sahibkarlar üçün tətbiq olunan sadələşdirilmiş vergi proqramıdr.

- Çətinliklərlə bağlı kiçik sahibkarlara məsləhətiniz nədir?

- Sağlam mühitin yaradılması vacibdir. Sahibkarlar monopoliyalaşmaqdan uzaq dursunlar. Bazarda monopoliyalaşma getsə, kiçik və orta sahibkarlığın inkişafı xeyli çətinləşər.

- Bəs qadın sahibkarların inkişafı necə, ölkəmizdə uğurludurmu?

- Xanımlarımız sahibkarlıq fəaliyyətinə gec qoşulsalar da, ölkəmizdə qadın sahibkarların sayı günü-gündən artır və xeyli inkişaf edib. Xüsusən, əl işləri ilə məşğul olan qadın sahibkarlar üstünlük təşkil edir. Onlar arasında hazırda rəqabət güclənməkdədir. Bu, sevindirici haldır.

- Ziyana düşəndə sahibkar çıxış yolunu necə tapmalıdır?

- Ziyana düşməyən sahibkar demək olar ki, yoxdur. Hər bir sahibkarın müəyyən böhran dönəmi olur. Bunun baş verməməsi üçün işi quran zaman elə bir sistem tətbiq etməlidir ki, ziyanı kiçik fəsadlarla dəf edə bilsin. Gənc sahibkarlarımız qarşılaşdıqları ziyana görə əsla seçdikləri yoldan geri dönməməli, qətiyyətlə irəli getməlidirlər.

- Sizcə keyfiyyətli istehsal, yoxsa sürətli satış hansı daha önəmlidir?

- Fikrimcə, sürətli satışın olması keyfiyyətli istehsaldan keçir. Satışın sürətinin çox olması məhsula tələbatın yüksək olduğunu göstərir. Satış çoxaldıqca istehsal gücü çoxalır. Satışın çox olmasından sui-istifadə edərək istehsalın keyfiyyətini azaltmaq olmaz. Bilməlidirlər ki, alıcı kütləsi keyfiyyətli məhsula görə çoxalır.

- Sosial şəbəkələrin, portalların sahibkarlığa müsbət və mənfi təsiri nələrdir?

- Dövrümzüdə sosial şəbəkələr ən geniş alıcı kütləsini özündə toplayan platforma sayılır. Buradan istifadə sahibkarların özünü təqdim etməsində, tanınmasında ən böyük vasitə sayıla bilər. Alıcının nə istədiyini, nəyə daha çox tələbatı olduğunu müəyyən etməkdə sosial şəbəkələrin böyük rolu var. Şəbəkə üzərindən PR alıcı kütləsinin artımına müsbət təsir edir. Xüsusən İnstaqram, Feysbuk hazırda sahibkar şirkətlərinin məhsul və xidmətlərini müştərilərinə tez zamanda çatdırması üçün ən uyğun platformalardan biridir.

Tarix
2021.08.13 / 16:41
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla