Yuxarı

İran buna görə Zəngəzur dəhlizinə qarşıdır - Oqtay

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Vizyon Universitetinin rektor köməkçisi, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri, professor Həsən Oqtayın Axar.az-a müsahibəsi:

- Bu gün Ankarada Türkiyə və İranın xarici işlər naziri müavinlərinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş keçiriləcək. Bu müzakirədə hansı qərarlar qəbul edilə bilər?

- İranın Azərbaycan-İsrail əlaqələrini bəhanə edərək Araz çayı sahilindəki ərazilərində hərbi təlim keçirməsi Türkiyənin də diqqət mərkəzindədir. İran xarici işlər nazirinin Moskva səfərindən sonra bu gün Ankarada müavinlər səviyyəsində müzakirələr başlayıb. Onu da unutmayaq ki, İran bölgədə vəziyyəti gərginləşdirmək üçün iki ay əvvəldən hazırlığa başlayıb.

- Bölgədə İrandan başqa bütün dövlətlər nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün müxtəlif addımlar atmaqdadır. Hətta Ermənistan belə bu istiqamətdə müəyyən irəliləyişlərə meyilli görünür. Bəs İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir?

- Hazırda Zəngəzurun açılmasını istəməyən tərəflər Ermənistanla Qarabağı birləşdirən Laçın yolu üçün “dəhliz” ifadəsindən istifadə edirlər, lakin Zəngəzur üçün daha çox “yol” sözü ön plana çıxır. Laçın dəhlizinin açıq olmasına baxmayaraq, hələ də Zəngəzur məsələsində bir irəliləyiş yoxdur. “Zəngəzur dəhlizi, yoxsa Zəngəzur nəqliyyat və kommunikasiya xətləri” sualına qəti cavab tapmalıyıq. İran Zəngəzur dəhlizinin açılmasını qətiyyən istəmir. Çünki İran Türkiyə və Azərbaycanın quru yolu ilə birbaşa əlaqə qurmasını istəmir. Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün İranın şəhərçilik naziri tez-tez İrəvana səfər edir, eynilə də Ermənistan nümayəndələri Tehrana gedir. İran Tehran-Təbriz-İrəvan-Batumi dəmir yolu xəttinin və avtomobil magistralının açılması üçün daha israrlı şəkildə hərəkət etməyə başlayıb. Çünki Zəngəzurun açılmasının Cənubi Qafqazdakı bütün hədəf və məqsədlərinə zərbə vuracağından narahatdır.

- İran xarici işlər naziri Moskvaya səfəri zamanı mehriban qonşuluq münasibətləri çərçivəsində Bakı və İrəvana səfər edə biləcəyini dedi. Bəs bu addımı vəziyyəti gərginləşdirmədən öncə atmaq mümkün deyildimi?

- 44 günlük müharibədən sonra Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Lakin müəyyən problemlər hələ də qalmaqdadır. İran İsraillə Azərbaycan arasındakı əlaqələrdən son dərəcə narahatdır, həm də keçən həftələrdə Tehranda baş verən müxtəlif hadisələrin səbəbini bu əlaqələrdə axtarır. Azərbaycan dövlətləşmə və millətləşmə məsələsini daha da gücləndirdikcə İran da bundan narahat olmağa davam edəcək. İran bir tərəfdən hərbi təlimlə Azərbaycana “gözdağı” vermək istəyir, digər tərəfdən problemin diplomatik həll yollarını axtarır. Moskvada baş tutan son görüş və xarici işlər naziri müavinlərinin Ankarada bu gün keçiriləcək görüşləri də bu qəbildən olan həll yollarındandır. İran İkinci Qarabağ müharibəsi boyunca bölgədəki hadisələri yaxından izləyib və çox zaman Ermənistana müxtəlif yollarla kömək etməyə çalışıb. İndi isə güc və diplomatiya yolu ilə öz istəklərinə nail olmağa cəhd edir.

Tarix
2021.10.08 / 14:28
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla