Yuxarı

Saakaşvilinin yaxını: “Əliyev elə siyasətçilərdən deyil ki...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvilinin yaxını: “Əliyev elə siyasətçilərdən deyil ki...”

Gürcüstan və Azərbaycan anlayışlarına ayrı-ayrılıqda nəzər salmaq olmaz.

Bunu Axar.az-a açıqlamasında Gürcüstan parlamentinin eks-deputatı Ramin Bayramov söyləyib. Onun sözlərinə görə, Rusiya Tiflis və Bakını tam öz dairəsinə salmağa çalışır:

"Sözsüz ki, Rusiyanın Gürcüstana qarşı bütün hərəkətləri və provokasiyaları təsadüfi deyil. Bununla bağlı Kremlin planı var. Onun qısamüddətli hədəfi bütün siyasi texnoloji vasitələr, beşinci kolon, agentlər, həmçinin etnik və dövlətlərarası konfliktlər vasitəsilə Zaqafqaziyadakı situasiyanı qeyri-stabil vəziyyətə gətirməkdir. Uzağa hədəflənmiş məqsəd isə Gürcüstan və Azərbaycanı özünün tam təsir dairəsinə salmaqdır. Bu isə avtomatik olaraq həmin ölkələrin suverenliyi və müstəqil siyasətlərinin olmaması anlamına gələcək. Gürcüstan və Azərbaycan anlayışlarına ayrı-ayrılıqda nəzər salmaq olmaz. Gürcüstan üçün Azərbaycan, Azərbaycan üçün isə Gürcüstan strateji cəhətdən həyati əhəmiyyətlidir. Kreml bunlardan birinə baxanda digərini görür. Ona görə də biz gərək Gürcüstanın maraqlarının ziyanına olan şeyin Azərbaycana da mənfi təsir edəcəyini hesablayaq".

Bayramov Rusiyanın hələ də Bakı ilə Tiflisin münasibətlərini pozmaq istəklərindən əl çəkmədiyini bildirib:

"Burcanadzeyə gəlincə isə bu siyasətçi tam açıq şəkildə Moskvanın maraqlarına uyğun siyasət aparır. Onun Putinlə görüşü Gürcüstanda heç kimi təəccübləndirmədi. Heç nə unudulmayıb. Hazırkı hakimiyyətin də parlament seçkilərində qələbə qazandıqdan sonra müxtəlif zamanlarda gizli olaraq Nino Burcanadzeyə dəstək verdiyi də unudulmayıb. Bununla Gürcü Arzusu Partiyası cəmiyyətdə Nino Burcanadzenin partiyasını qərbyönlü Vahid Milli Hərəkat Partiyasının əvəzinə əsas müxalifət kimi gücləndirməyə çalışırdı. Təbii ki, İvanişvili bunu bacarmadı. İki ölkənin strateji münasibətlərinin pozulması ideyası hələ də aktualdır və növbəti provokasiyaları görməyimiz çox zaman aparmayacaq. Lakin Gürcüstanda böyük bir güc var ki, bunun həyata keçirilməsinə imkan verməyəcək. Bu da Gürcüstan cəmiyyətidir. Unutmaq lazım deyil ki, Gürcüstan Mixail Saakaşvilinin idarəçiliyindən əvvəlki dövlət deyil. Bundan başqa, Azərbaycan prezidenti o siyasətçilərdən deyil ki, onunla hesablaşmasınlar və ya onu aldatsınlar. Bunu biz Azəbaycanın xarici siyasət kursundakı ən kritik situasiyalarda görmüşük. Hər şeyə rəğmən biz – Gürcüstan və Azərbaycan cəmiyyətləri istənilən çətinliklər və provokasiyalara hazır olmalıyıq".

Tarix
2015.08.01 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla