Yuxarı

Amnistiya aktları tez-tez qəbul olunmamalıdır

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amnistiya aktları tez-tez qəbul olunmamalıdır

Amnistiya aktlarının tez-tez qəbul olunmasının əleyhinəyəm, çünki bu, dolayısı ilə cinayətkarlığı stimullaşdıra bilər. Cinayətkarlığı öyrənən kriminologiya elmi sübut edir ki, insanların 25% cinayət təqibindən qorxduğu üçün cinayət törətmir. Həmin kateqoriyadan olan insanlar fikirləşər ki, cinayət törətsəm və ifşa olunsam, onsuz da 2-3 ildən bir amnistiya olur, amnistiyaya düşüb, cəzadan azad olacağam.

Axar.az xəbər verir ki, bu sözləri Musavat.com-a geniş müsahibəsində millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, həmçinin son Amnistiyanı aktını alqışladığını da əlavə edib:

“Ona görə ki, bu, xalqımızın tarixində o qədər əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq verilirdi. Bunun dairəsini bir az genişləndirmək olardı. Biz hər yüz min nəfərə görə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin sayına görə Qərbi Avropa ölkələri arasında ön sıralardayıq. Ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzasının çəkilməmiş hissəsini 1/3 qədər azaltmaq olardı. Eyni zamanda, ehtiyatsızlıqdan cinayət törədib 3 ilədək azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə amnistiya şamil olunursa, bunu 5 ilə qaldırmaq olardı”.

Tarix
2021.11.12 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla