Yuxarı

Yarmarkalarda qiymətlər necədir? - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yarmarkalarda qiymətlər necədir? - Foto

Artıq 8 gündür ki, Bakıda və Abşeronda “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyət göstərir. Əksəriyyəti isə bir sual düşündürür: qiymətlər marketlərdən fərqlənirmi?

Axar.az-ın əməkdaşı “Gənclik” metrostansiyasının yanında yerləşən yarmarkada müşahidə aparıb.

Alıcılar bildiriblər ki, bazar və marketlərə nisbətən yarmarkada qiymətlər ürəkaçandır, lakin bəzi məhsullar bazar qiyməti ilə eynidir.

Yarmarkada əzgilin qiyməti 0,50-1,50, kinxan 3 manat, xurma 0,70-2 manat, portağal 1-2 manat, naringi 1 manat-1,50, heyva 0,60, kivi 0,80-1,20, nar 1 manat, yerli qreyfurt 2 manat, armud 1 manatdır.

Bazarda 1,30-a satılan fuji alması yarmarkada 1 manata, 0,80-ə olan ağ palment, simerinka, siqanka 0,60-dır.

Lənkəran limonunun 5 dənəsini yarmarkada 1 manata almaq mümkündür.

Soğan 0,45-0,80, kartof 0,50-1,10, sarımsaq 4,50, göyərtinin 7 dəstəsi 1 manatdır. Hazırda mövsümü olmayan pomidor 1,20-1,30, xiyar 2,60-dır.

Tərəvəzlər isə bazarda olduğu kimidir: çuğundur 80 qəpik, qırmızı turp 70 qəpik, kələm 1 manatdır. Badımcan 1,50-1,80-dir. Astara doşabı 8 manat, bal isə 20-30 manat arasında dəyişir.

Xama 6 manat, pendir 5-14 manat, şor 3-3,50-dir. Yumurta 0,25-0,30, yağ 12-15 manatdır. Toyuq 5-6 manat, qoyun əti 11 manatdır. Müxtəlif çeşiddə qablaşdırılmış turşunun 1 kiloqramı 3 manata satılır.

Qeyd edək ki, “Gənclik” metrostansiyasının yanı, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A-da təşkil olunan yarmarka dekabrın 30-na kimi səhər saat 10:00-dan axşam 19:00-a qədər fəaliyyət göstərəcək.

Tarix
2021.12.27 / 11:47
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla