Yuxarı

Azərbaycanlı, amerikan və əfqanın eyni suala fərqli cavabı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı, amerikan və əfqanın eyni suala fərqli cavabı

"Biz və Onlar" layihəsində azərbaycanlı, əfqan və amerikalıdır.

Yavər Əlicanov – 22 yaş, Orta Texniki Bakı Biznes və Kooperasiya Kolleci, Bakı, Azərbaycan.

Atikulla Xalil – 22 yaş, Pun Universiteti, Kabil, Əfqanıstan.

Devid Van – 28 yaş, Florida Dövlət Kolleci, 28 yaş, Foll-River, ABŞ.

– Öz ölkəni yad bir adama necə təqdim edərdin?

Yavər Əlicanov: Ölkəmizin tarixindən, ədəbiyyatından, dahi insanlarından, şəhərlərindən danışardım. Hansı şəhərin nə ilə, hansı yaradıcı insanla və mədəniyyət nümunələri ilə məşhur olduğu haqda məlumat verərdim. Məsələn, Qəbələ haqqında deyə bilərəm ki, orada möhtəşəm incəsənət nümunəsi hesab olunan Cümə məscidi, İmam Babanın mavzoleyi var. Üzeyir Hacıbəyov, Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev haqda danışardım.

Atikulla Xalil: Əfqanıstan Asiyanın mərkəzində yerləşən böyük dövlətdir. Bizim ölkə qədim tarixə və mədəniyyətə sahibdir.

Devid Van: Məncə, mənim ölkəm yeganə ölkədir ki, onun reklama ehtiyacı yoxdur. ABŞ - demək kifayətdir.

– Ölkənin kişilərinin özünəməxsus xüsusiyyətləri haqda nə deyə bilərsən?

Yavər Əlicanov: İndiki zamanda təəssüf ki, bizim bəzi gənclərin özünəməxsus xüsusiyyəti qız tutmaq, söyüş söymək, kobud görünməyə çalışmaq, qəlyanla şəkil çəkdirməkdir.

Atikulla Xalil: Əfqanıstan əhalisinin 60 faizi kişilərdən, 40 faizi isə qadınlardan ibarətdir. Kişilər olduqca mehriban, mülayim və qayğıkeşdirlər.

Devid Van: Özündənrazı və kobuddurlar. Məncə, bizim kişilər hər kəsin onlara tabe olmalı olduğunu və hər kəsin onları sevmək məcburiyyətində qaldığını düşünür.

– Ölkənin qadınlarının özünəməxsus xüsusiyyətləri haqda nə deyə bilərsən?

Yavər Əlicanov: Bizim qızlara baxanda Nyu York yadıma düşür. Hamı sanki qaçışda start xəttindəki kimi durub. Hamı ən gözəl, ən cazibədar, ən məşhur olmaq uğrunda yarışır. Azərbaycanda qızlarımızın, qadınlarımızın əksəriyyətinin özünəməxsusluğu, spesifik xüsusiyyəti yoxdur.

Atikulla Xalil: Bizim xanımlar da ən az kişilər qədər xoşniyyətli və gülərüzdürlər. Əfqanıstanın bütün əhalisi müsəlmandır, sadəcə, onlar şiə və sünni olmaqla iki hissəyə bölünürlər. İki fərqli istiqamətlərə bölünmələrinə baxmayaraq, əhali arasında daim sülh və əmin-amanlıq hökm sürür. Ümumi islam dininə olan hörmət və sevgi hər kəsi ortaq nöqtədə birləşdirir.

Devid Van: Müəyyən dərəcədə tərbiyəsizdirlər (gülüş). Ölkəmin qadınlarının özünəməxsusluğu sərbəstliyidir, amma bizdə o qədər fərqli mədəniyyətlər, millətlər var ki, konkret nəsə deməyə çətinlik çəkirəm. Yəqin ki, kişilərdən daha cəsarətli, daha xoşbəxt olmaqlarıdır onları birləşdirən cəhət.

– Müharibənin fəsadlarının sizin gənclərin həyatına nə kimi təsiri olub?

Yavər Əlicanov: Bir kitabda oxuduğum cümlə yadıma düşdü: "Müharibə əsl cəhənnəmdir". Düzdü, Azərbaycan indi müharibə şəraitindədir, amma heç kimə müharibə arzulamıram. Müharibələr zamanı nə qədər analar gözüyaşlı qalır, nahaq qan tökülür, körpələr valideynsiz qalır. Amma belə başa düşürəm ki, Azərbaycanın bircə çıxış yolu var, o da müharibə.

Atikulla Xalil: Hazırda Əfqanıstanda ciddi bir müharibə getmir. Yəni bizim ölkəyə açıq müharibə elan edən, bizim xalqı qıran konkret bir dövlət yoxdur. Sadəcə, bəzi ölkələr bizim ölkəyə "hədiyyə" bombalar yollayırlar. Amma biz ümidvarıq ki, prezidentimiz tezliklə ölkə ərazisində sülhü bərqərar edəcək. O, bu istiqamətdə əlindən gələni edir və xalq onu dəstəkləyir.

Devid Van: Müharibə bizim ölkənin ayrılmaz hissəsidir. Bilirsən, siyasətdən danışıb, başını ağrıtmaq fikrim yoxdur, amma ABŞ həmişə hansısa müharibənin ortasında olub, olmaqdadır və olacaq. Bunu dəyişmək və mühakimə etmək isə bizim əlimizdə deyil. Buna öyrəşmək lazımdır. Gəl qəbul edək ki, hazırkı dövrdə müharibəsiz bir dövlətdə yaşamaq utopiyadır.

– Ölkənizdə ən çox oxunan kitab hansıdır? Gənclər daha çox hansı filmlərə baxır?

Yavər Əlicanov: Dostlarımın və yaxınlarım daha çox "Tanrını axtaran detektiv", "Ölümlə görüş", "Qadınlar" kimi kitabları oxuduqlarını müşahidə etmişəm. Filmlərə gəldikdə isə məncə, gənclərimiz triller, qorxu filmləri janrlarına daha çox üstünlük verirlər.

Atikulla Xalil: Ölkəmizdə mütaliənin vəziyyəti kifayət qədər ürəkaçandır. Gənclərin müxtəlif janrlarda, müxtəlif mövzularda yazılan kitablara maraqğı var. Bu kitablar arasında birinci yeri "Əfqanıstan tarixi" tutur. Bu kitabda Əfqanıstanın şanlı tarixinə, onun keçmiş siyasi xadimləri və liderlərinə, mədəniyyətinə, sinə gəldiyi döyüşlərə yer verilib. Kitabda həmçinin, İran, Türkmənistan kimi dövlətlərin də tarixinə və bizim ölkə ilə mövcud olan əlaqələrinə rast gəlmək olar.

Sözsüz ki, Əfqanıstanın film çəkmək potensialı və kifayət qədər istedadlı aktyorları var. Amma ölkəmiz film çəkilişlərinə o qədər də önəm vermir. "Rembo-3" filmini izləmisiniz? Bu film Əfqanıstan ərazisində çəkilib. Və əgər siz Hindistan filmlərini sevir və izləyirsinizsə, bu hind filmlərində Əfqanıstan ənənələrinə, tarixinə, mədəniyyətinə rast gələ bilərsiniz.

Devid Van: Markes. Düzü, o qocanın nəyini bəyənirlər, bilmirəm (gülür) Mən yalnız bir əsərini oxumuşam – "Hüznlü fahişələrim" (Qabriel Qarsia Markes). Onu da adı cəlb etdi deyə oxudum, amma o əsər yazıçının nəyə görə bəyənildiyini anlamaqda mənə kömək edə bilmədi.

Tarix
2015.08.13 / 09:34
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla