Yuxarı

Ərəstun Oruclu mazoxizmi izah edir – layihə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəstun Oruclu mazoxizmi izah edir – layihə

"Səhv düşəndə yerimiz" layihəsində

Axar.az-ın "Səhv düşəndə yerimiz" layihəsində budəfəki qonaqları siyasətçi Ərəstun Oruclu və psixoloq Ramil Nəcəflidir.

– Mazoxizm nədir və onun müalicəsi şərtdirmi?

Ərəstun Oruclu ( siyasətçi ): "Mazoxizm insanın psixoloji durumudur. Aldığı psixoloji travmalardan, keçirdiyi hansısa xəstəliklərdən, həyatda özünə olan münasibətdən – insanın, bir növ, özünə qapanmasından və cəmiyyətdən təcrid olunmasından yaranan bir psixoloji durumdur. Əgər insan ictimai təhlükə doğurmursa, onu heç kim müalicəyə məcbur edə bilməz. Amma məsələ burasındadır ki, mazoxizmdən əziyyət çəkən bir çox insan ətrafı üçün təhlükə və ya ictimai narahatlıq doğurur. Bu baxımdan artıq müalicə qərarının verilməsi məcburi şəkil ala bilər. Məcburi müalicə ancaq o halda mümkün olar ki, ortada hər hansı bir fakt, şikayət və zərərçəkən olsun. Mazoxizmdən əziyyət çəkən insanın xəstəliyi divara yumruq vurmaqdan ibarətdirsə və o, heç kimə ziyan vermirsə, onda bu adamı məcburi müalicə etmək olmaz. Mazoxizm deformasiyaya uğramış psixologiyadır və zərurət yaranarsa, müalicə olunmalıdır".

Düzgün cavab: Mazoxizm – XIX əsrin sonlarında yazıb-yaratmış Leopold fon Saxer Mazox adlı yazıçının adından götürülən və fərdin psixoloji durumunu ifadə edən termindir. Ağrı çəkməkdən həzz alan şəxslərə mazoxist deyilir. Hər iki cinsin nümayəndələri mazoxizmdən əziyyət çəkə bilər. Bu cür impulsların bir bölümü normal sayılır və müalicəsi labüd deyil.

– Avropalılar "Nabukko"dan niyə imtina etdilər?

Ramil Nəcəfli (psixoloq): "İranla ABŞ, Avropa ortaq yol tapa bilsələr, İranda mövcud olan böyük neft ehtiyatları dünya bazarına çıxarıla bilər. İran öz neftini ixrac etməyə başlasa, artıq böyük bir rəqabət yaranacaq. Bu da neftin qiymətinin kəskin aşağı düşməsinə gətirib çıxaracaq. Artıq dünya üçün "Nabukko" layihəsinin öz mahiyyətini itirməsi bilavasitə alternativ ehtiyatların ortaya çıxması, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. Alternativ boru kəmərlərinin mövcudluğu, iqtisadi böhranlar, son zamanlar neftin qiymətinin ucuzlaşması neftə böyük sərmayə qoyulmasını rentabelli etmədi".

Düzgün cavab: "Nabukko"dan imtinanın arxasında təkcə onun bahalığı deyil, həm də digər məsələlər dayanıb. Avropalılar lazımi qaydada "Nabukko" layihəsini planlaşdıra bilməyiblər. "Nabukko"dan imtinanın səbəblərindən biri bürokratik əngəllər olub. Hazırda əksər ölkələrin milli qaz şirkətləri müəssisələr kimi deyil, daha çox dövlət bürokratik aparatları kimi idarə olunur. Ona görə də planlaşdırma və icra, maliyyə resurslarının mövcudluğu baxımından avropalılar uzağa gedə bilməyib.

Tarix
2015.08.21 / 08:00
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla