Yuxarı

Manaf Ağayev: “Mütləq qan tökülməlidir”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manaf Ağayev: “Mütləq qan tökülməlidir”

Axar.az-ın "Səhv düşəndə yerimiz" layihəsində iki ayrı peşə sahibinə sualların yerini dəyişərək verməklə və alınan cavabların nöqtə-vergülünə toxunmamaqla reaksiyaları, bilgi spektrini və yumor hissini yoxlamağa, bununla da həm müsahiblərimizi, həm oxucularımızı əyləndirməyə çalışacağıq. "Səhv düşəndə yerimiz" layihəsinin budəfəki qonaqları müğənni Manaf Ağayev və politoloq İlqar Vəlizadədir.

– Miqrasiya nədir və müasir dövrdə yaşanan miqrasiya böhranının qarşısını necə almaq olar?

Manaf Ağayev (müğənni): "Bilmirəm. Mənim ixtisasım olmadığına görə dəqiq cavab verə bilməyəcəm, amma düşünürəm ki, yeganə çıxış yolu müharibədir. Mən belə başa düşürəm ki, qan tökülməlidir, başqa yolu yoxdur, yoxsa müharibənin qarşısı alınmaz".

Düzgün cavab: Miqrasiya insanların bir ölkədən digər ölkəyə həmişəlik və ya uzun müddətə köçməsinə deyilir.

– Süita nədir və Azərbaycan bəstəkarlarının hansı süitalarını tanıyırsınız?

İlqar Vəlizadə (politoloq): "Süitanın nə olduğunu dəqiq deməyə çətinlik çəkirəm. Amma Üzeyir Hacibəyovun "Qəhrəmanlıq" süitasının adını çəkə bilərəm".

Düzgün cavab: Süita – bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsərdir. Obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və professional musiqidə geniş yayılmışdır. Asəf Zeynallının Uşaq süitası, Qara Qarayevin Azərbaycan süitası, Sərdar Fərəcovun Simfonik və Balet süitası olduqca məşhurdur.

Tarix
2015.09.16 / 10:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla