Yuxarı

"Harada aş, orada baş" olan media rəhbərləri... - Deputat

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Milli Şura üzvləri, onların xaricdəki dəstəkçiləri, vaxtilə Elçibəy hakimiyyətində təmsil olunub bu gün Qərbdən siyasi dəstək gözləyən bəzi şəxslər ictimai qınaqdan qorxmayraq Azərbaycanı Ermənistanın dövlət sərhədlərini pozmaqda ittiham edirlər. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Əvvəllər də söyləmişəm, bəzi adamların hakimiyyətə gəlmək ehtirası aşıb-daşır. Onlar görürlər ki, illər keçir, ömür başa çatır, amma heç nəyə nail ola bilmirlər. Uzun illərin uğursuzluğu bu adamları sağlam düşüncədən məhrum etməklə yanaşı, həm də rəzil edib. İctimai qınaqdan qorxmamalarının səbəbi xalqın onsuz da onları dəstəkləmədiyini bilmələridir. Xalqın onların çağırışlarına cavab verməməsi bəzilərini dəli edir. Xaricdə ermənipərəst dairələrdən aldıqları pul qarşılığında öz dövlətinə böhtan atanlar da var. Bir qisim - keçmiş səfir, deputat, yaxud jurnalistlər hesab edir ki, iqtidar onları istifadə edib atıb, buna görə qisas almaq lazımdır. Eyni zamanda düşünürlər ki, ermənipərəst güclərin dəstəyi ilə ölkədə sabitliyi pozub hakimiyyətə gələ bilərlər. Bunların içərisində bəzi böyük dövlətlərin ermənipərəst mövqeyini görüb əsməcə tutanlar da var. 1993-cü ildə Gəncədə hərbi qiyam başlayanda onların çoxunun qorxudan Elçibəyi necə satması, qiyamçıları öz adları ilə çağırmaqdan necə yayınmaları yaddaşlardan heç vaxt silinməyəcək.

Bu adamların Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkəmizin varlığını növbəti dəfə böyük təhlükə ilə üz-üzə qoyar. Bunu sadə insanlar da, ölkədə ictimai asayişin qorunmasına, dövlətin təhlükəsizliyinə cavabdeh olan dövlət orqanları da çox gözəl bilirlər. 30 il xalqımıza zülm etmiş, 20 faiz torpağımızı işğal edib bir milyon insanı ev-eşiyindən qovmaqla dözülməz şəraitdə yaşamağa məhkum etmiş, Xocalı soyqırımını törətmiş bir dövlətin müdafiəsinə qalxanları xalqımız heç vaxt bağışlamayacaq. Son açıqlamaları ilə onlar özlərini tamamilə bitirdilər.

- Qüdrət bəy, bu cür ünsürlərə qarşı aparlan informasiya savaşının, maarifləndirmə işinin səviyyəsindən razısınızmı?

- "Harada aş, orada baş" olan bəzi media orqanlarının rəhbərləri özlərini elə aparırlar ki, sanki bu kimi məsələlərin onlara aidiyyəti yoxdur. Prezidenti tərifləmək yetərlidir, amma dövlətimizə böhtan atanlara, dövlət rəsmilərini təhqir edənlərə cavab vermək isə sanki "mətbuatın aşağı təbəqəsinə aid olanların" üzərlərinə düşür. Bu sözləri sizin saytlara aid etmək olmaz. Aynur Camalqızı başda olmaqla, sizin əməkdaşlar heç vaxt yaxalarını kənara çəkməyib, həmişə siyasəti çirkləndirən, öz ölkəsinə böhtan atan satqınların qarşısında dayanıblar. Aynur xanım zamanında çox gənc olmasına baxmayaraq, təmsil olunduğu partiyanın rəhbərlərindən fərqli olaraq barışmazlıq və nifrət siyasətinin cəmiyyətimizə və dövlətimizə vurduğu ziyanları görüb. Siyasi cəngəllikdən çıxışın doğru yolunu seçib, qarşısına çıxan kol-kos ona maneə yaratsa da, onları ayaqlayıb cığır açıb və uğurlara imza atıb. Çox gənc yaşlarında təmsil olunduğu düşərgənin və əməkdaşı olduğu qəzetin mövqeyindən çıxış edərək radikal məqalələr yazıb, amma zamanla səhvlərini anlayıb və necə özündə cəsarət tapıb o yazıları yazırdısa, yenə eyni cəsarətlə səhv etdiyini bəyan edib. Milli Məclisə seçkilərdə tanınmış və təcrübəli şəxslərə qarşı alternativ olmaqdan çəkinməyib, deputat olduğu dönəmdə də yaxşı parlamentar kimi özünü təsdiq edib. Çox təəssüf ki, ali siyasi dəyərləri tam mənimsəməmiş cəmiyyətimizdə onun gənc yaşlarında əldə etdiyi uğurları həzm edə bilməyən bəzi həmkarları, siyasi fəallar ona qarşı amansız bir qara piar kampaniyası başlatdılar və fasilələrlə həmin təbliğat bu gün də davam edir. Amma o, mətbuatımızda azsaylı şəxslərdən biridir ki,dövlətin informasiya siyasətinin müəyyənləşməsinə və həyata keçirilməsinə ciddi töhfə verə bilər. Patriarxal cəmiyyətlərdə qadınların ictimai-siyasi həyatda uğur qazanması həmişə böyük çətinliklərlə müşayiət olunur. Təəssüf ki, bu zaman, bir çox hallarda, qadınların ən böyük qənimləri elə qadınların özləri olur. Aynur xanımı tanıdığımdan əminliklə deyə bilərəm ki, iyrənc metodlarla nə onu yolundan döndərmək, nə də mübarizə əzmini qırmaq olar. O öz yazıları ilə və rəhbərlik etdiyi media qurumlarının gücündən istifadə edərək satqınların ifşasını davam etdirəcək. Bunları da ona görə dedim ki, o, yenə də haqsız və ədalətsiz hücumlara məruz qalır.

Tarix
2022.09.27 / 09:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla