Yuxarı

Xankəndi yolunda son durum: İynə atsan, yerə düşməz...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi yolunda son durum: İynə atsan, yerə düşməz...

Azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin, könüllülərin və jurnalistlərin Laçın yolundakı aksiyasında iştirak edən Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlunun Axar.az-a müsahibəsi:

- Ceyhun bəy, hazırda ərazidə vəziyyət necədir?

- Azərbaycanlı ekofəalların, könüllülərin Laçın yolunda keçirdiyi aksiya növbəli şəkildə davam edir. Tələb ondan ibarətdir ki, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının monitorinqlərinə mane olunmasın. Sülhməramlılar bizim həmin ərazilərə daxil olmağımıza imkan vermir. Halbuki həmin yerlər Azərbaycan ərazisidir. Ona görə aksiya hər keçən gün daha da genişlənir.

- Rusiya sülhməramlılarının aksiya keçirilən əraziyə səsgücləndirici gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Bunun səbəbi nədir?

- Aksiya iştirakçıları şüarların səslənməsində səsgücləndiricilərdən istifadə edir, o cümlədən aralıq vaxtlarda musiqi səsləndirir. Rusiya sülhməramlıları da gətirdikləri səsgücləndiricilərlə öz musiqilərini bizə dinlətdirirlər. Narahat olmayın, bizim səsimiz daha gur çıxır.

- Aksiya iştirakçıları ilə sülhməramlılar arasında hansısa xoşagəlməz olay baş verirmi? Ümumiyyətlə, münasibət necədir?

- Münasibət normaldır. Bununla bağlı fotolar da çəkmişik. Sadəcə aksiyanın xarakterinə uyğun olaraq onlara ayrılan zonada dayanıb, növbə çəkirlər. Biz də onlarla üzbəüz dayanıb şüarlar səsləndirib, aksiyamızı davam etdiririk.

- Təxminən ərazidə nə qədər aksiya iştirakçısı var?

- Dəqiq say demək çətindir. Bildiyiniz kimi, aksiya Şuşadan Xankəndiyə ayrılan yolun girişindədir. Ərazidə çadırlar qurulub. Çox insan var, demək olar, iynə atsan, yerə düşməz.

Tarix
2022.12.15 / 12:55
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla