Yuxarı

İranda aksiyalar çevrilişlə nəticələnə bilər - Mahmudi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda aksiyalar çevrilişlə nəticələnə bilər - Mahmudi

Almaniyada mühacirətdə yaşayan Güney azərbaycanlı vəkil və hüquqşünas Nağı Mahmudinin Axar.az-a müsahibəsi:

- Güney Azərbaycanda hazırkı mədəni-ədəbi vəziyyət necədir? İranda azərbaycanlıların milli kimliyinin bərpasında siyasi, yoxsa mədəni fəaliyyətlər daha çox təsiredici amildir?

- Hər iki fəaliyyət öz növbəsində önəmli və gərəklidir. Hazırda Azərbaycanın Güneyində olan milli şüur (özəlliklə gənc və yeniyetmələrin içində) çox yüksək səviyyədədir və gündən-günə artıb inkişaf etməkdədir. Şübhəsiz ki, siyasi və mədəni maarifləndirmə millətimizin daha da ayıq-sayıq olması və fikir baxımından güclənməsində çox vacib olan bir faktorudur. Təbii ki, yazılı media ilə yanaşı, radio və televiziyaların da üzərinə çox böyük bir vəzifə düşür.

- 3 aydan çoxdur İranda baş verən etiraz aksiyalarında Güney azərbaycanlıların rolu və iştirak səviyyəsini necə dəyərləndirirsiniz? Bu mərhələdə xaricdə fəaliyyət göstərən Güney təşkilatlarının fəaliyyət və mövqeyi qənaətbəşdirmi?

- Açığı, Güneyimizdə ciddi bir siyasi təşkilat yoxdur və onun üçün də millətimiz geniş və hədəfli formada aksiyalarda iştirak etmir. Çağırış edənlərin kütlə içində nüfuzu olmadığı üçün bir çox halda təsirsiz və yaxud kiçikmiqyaslı təsiri olur.

- İranda etiraz aksiyalarında fərdi, siyasi azadlıqlar və məişət məsələləri ilə bağlı tələblər daha qabarıq şəkldə özünü göstərir. Milli hüquqlarla bağlı istəklərin ön planda olmamasının səbəbi nədir?

- İranda olan iqtisadi fəlakət insanların həyatındə öz mənfi təsirini buraxmaqdadır, onun üçün də istəklər yalnız milli şuarlar və istəklərlə bağlı deyil.

- İranda siyasi problemlə yanaşı, dərin iqtisadi böhran hökm sürür. Bunun rejim dəyişikliyi və ya hansısa dərin islahata səbəb olacağı mümkündürmü?

- Əslində, İran uzun illərdir ki, böhran içindədir və gündən-günə də bu böhran dərinləşməkdədir. Hesab edirəm ki, 3 ay müddətindən artıq sürən bu etirazların bir çevriliş və yaxud ən azından böyük və dərin bir islahatla nəticələnə bilmə potensialına malikdir.

Tarix
2022.12.31 / 13:37
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Ramiz Mehdiyevin məktubuna İsa Qəmbərin reaksiyası

Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş

Azərbaycana gəlmək istəyən İraq vətəndaşları çətinliklə üzləşir?

Mehdiyevin məktubu saxtadırmı? - Sabiq deputat

İlham Əliyev Petr Paveli təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla