Yuxarı

Bakının Yeni il görüntüləri - Fotolar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının Yeni il görüntüləri - Fotolar

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Bakı şəhərinin parkları, meydan və küçələri əl-əlvan bəzədilib. Paytaxtımızda Yeni il atributları, yolkalar və digər bayram rəmzləri quraşdırılıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, paytaxtda əlamətdar bayramlar münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilib. Şəhərdə insanların daha çox toplaşdığı məkanlarda - Fəvvarələr meydanında, Dənizkənarı Bulvarda və İçərişəhərdə əvvəlki illərdən fərqli və geniş formada xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.

Bulvar ərazisində Yeni ilin rəmzlərindən ibarət rəngarəng kompozisiyalar, uşaqların zövqünə oxşayan çoxsaylı oyuncaq evlər qurulub.

Bu il Neftçilər və Azərbaycan prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələrində də xüsusi bayram tərtibatı aparılıb. Paytaxtımızda ən böyük yolka “Azneft” dairəsindədir. Onun hündürlüyü 20 metrdir. Mərkəzi parkda quraşdırılan 16 metrlik yolka da fərqli tərtibatı ilə göz oxşayır.

Bundan əlavə, uşaqların mənalı istirahətini təmin etmək məqsədilə Dənizkənarı Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunub.

Dövlət Kukla Teatrının arxasındakı ərazidə çilçıraqlı xizəkli maral, retro maşın, hava ilə doldurulmuş oyuncaqlar həmin ərazinin hüsnünə yeni bir gözəllik verir.

Bununla yanaşı, diskoteka, tamaşalar, konsert, işıq və alov şousu da nümayiş olunur.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi və 2023-cü il yanvarın 8-dək davam edəcək Yeni il şənlikləri paytaxt sakinlərində və qonaqlarda xoş ovqat oyadır.

Paytaxtımızın Yeni il gecəsinin görüntülərini təqdim edirik:

Tarix
2022.12.31 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla