Yuxarı

Bayrağımız yandırılanda komandamız harda idi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ağır atletika üzrə Avropa çempionatının 14 apreldə İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı səhnədə yandırıldığı üçün (tədbirin təşkilatçılarından olan stilist Aram Nikolyan yandırıb – red.) komandamız yarışdan imtina edərək, Vətənə qayıdıb.

Axar.az komandamızın tərkibində İrəvanda olan Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevin Publika.az-a müsahibəsini ixtisarla təqdim edir:

- İrəvana ayaq basandan sonra nələr yaşandı?

- Bizi hava limanından otelə gətirdilər. Bütün günü orada qaldıq. Səhərisi gün bir dəfə oteldən kənara çıxa bildik. Məşq üçün getdik, qayıtdıq. Biz şəhəri ancaq avtobusun pəncərəsindən görə bildik. Televizorda necə görürüksə, hər şey elə idi. Xüsusi, fərqli bir şey yox idi. İrəvan çox da inkişaf eləmiş şəhər deyil.

- Ermənilərlə təmasınız, əlaqəniz, söhbətiniz oldumu?

- Bizə qulluq edən ofisiantlar, mühafizə xidmətinin hamısı erməni idi. Onlarla hansısa münasibətimiz olmadı. Öz işlərini görürdülər. Oteldən kənarda isə heç kimlə təmasımız olmayıb.

- Açılış mərasimində niyə çıxış etmədiniz?

- Düşündük ki, təhlükəsizlik baxımından iştirak etməyək. Ağlımıza belə gəlməzdi ki, kimsə orada bayraq yandırar. Çünki bu nonsensdir. Bunun olma şansı milyonda bir faizdir. Heç yerdə olmamışdı, olma ehtimalı da ağlımıza gəlmirdi. Amma hər cür variantı fikiləşdik. Ki, təxribat ola bilər. Ona görə açılışa getməyə ehtiyac görmədik. Görünən odur ki, getməməklə düz etmişdik. Çünki biz bayrağın yandırılmasını yerində görsəydik, təbii olaraq müdaxilə edə bilərdik. Ara qarışa, daha böyük hadisələr ola bilərdi. Çünki bayrağa qarşı təhqiri qəbul etməyəcəkdik. Hətta biz uzaqdan, internetdən videonu görəndə belə reaksiya verməyə başladıq.

- Hadisə baş verən vaxtı olduğunuz oteldə internet kəsilmişdi. Bu, öncədən planlaşdırılmış addımı idi?

- Maraqlı məqamdır. Həmin ana qədər internetlə bağlı problem yox idi. Açılış mərasimi gedən vaxtda bu baş verdi. Biz də fikirləşdik ki, qeyri-adi bir şey yoxdur, texniki problemdi, ola bilər. Mərasimə televizordan baxırdıq. Bayrağın yandırılma məqamını göstərmədilər. Biz də bunu bilmədik. İnternet bir müddətdən sonra düzəldi. Videonu sonradan internetdən izlədik. Dərhal anladıq ki, internetin kəsilməsi hadisə baş verən vaxtla üst-üstə düşür. Yəqin onlar düşünürdülər ki, biz bu xəbəri oxumayaq.

- Qərar verilən gecə hansısa fikir ayrılığı, qalıb mübarizə aparmaq istəyən var idimi?

- Tərəddüd yox idi. Artıq qərar verilmişdi. Həmin videonu görəndən sonra ən azından biz qərarımızı vermişdik ki, burada iştirak eləmək istəmirik.

- Girov götürülməyinizlə bağlı xəbər yayılmışdı. Nə baş verirdi?

- Bizi otelə qapatmışdılar. Bu məsələ baş verəndə ölkədən çıxmağa çalışdıq. Biletimiz alınmışdı. Xəbər elədik ki, biletimiz alınıb, biz ölkədən çıxırıq. Birinci dedilər ki, problem yoxdur, çıxardarıq. Sonra nə oldusa, başladılar ki, yox, təhlükəsiz deyil, səhərə kimi qalın. Sonra gəlib dilə tutmağa çalışdılar ki, getməyin, bir nəfər bunu eləyib, biz belə olmasını istəmirdik. Dedilər ki, narahat olmayın, bundan sonra təhlükəsizlik təmin olunacaq. Bu, nağıl idi. Əgər baş nazirin oturduğu yerdə, 5 addımlığında belə hadisə baş verirsə, bayraq yandırılırsa, növbəti gündə idmançımıza da zərbə vurula bilər. Hər şey ola bilər. Ona görə də inanmadıq. Sonra biz məcburən otelə qayıtdıq. Çünki bizi aparmadılar. Biletlər də yandı.

- Üzrxahlıq edirdilər?

- Bəli, üzr istəyirdilər. Amma rəsmi şəkildə deyildi. Sadəcə şəxslərin ağzından çıxırdı. O üzrxahlıq belə heç nəyi dəyişməyəcəkdi.

- Geri dönüş prosesi necə oldu?

- Təhlükəsizlik tədbirləri görülmüşdü. Avtobusla çıxmalı olduq. Təhlükəsizliyi təmin edən tərəfin yeganə təklifi idi. Bizə deyildi ki, sizin avtobusla çıxışınıza təminat veririk. Təbii ki, Bakıyla razılaşdırdıq. Məsləhətləşmə oldu, qərara alındı ki, avtobusla çıxaq. Əvvəl Gürcüstan sərhədinə, oradanda da Tiflisə getməli idik.

Tarix
2023.04.17 / 12:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla