Yuxarı

Vəzifə uğrunda savaş: Alim professoru necə təhqir etdi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci yazı

Tanınmış alim, professor İdris Abbasov bu ilin aprel ayında ona qarşı ədalətsizliklə bağlı geniş bir açıqlama yaymışdı. Orada bildirirdi: “(Mənə qarşı) iftira və üzəduranlığa akademşəbəkənin “pensiyam maaşımdan çoxdur” deyən “Fəttah ağa”sı, bu yaşında ADU-nun tam ştat işçisi, şəxsi ambisiyaları naminə tez-tez mövqe dəyişib özünü tutan, yalandan yoğrulmuş yağlı diplom vədləri ilə əlavə üzəduranlar cəlb etmək məharəti olan, hətta AAK-ı şantaj edib şəxsi marağını təmin etdikdən sonra səsini içinə çəkən, xaraktercə şərbaz, sui-istifadəçi, qısqanc, paxıl, bəzən başqasının ayaqqabısını geyinib təqlid etməyə çalışsa da, sonunda biabır və pərt olan, elmi dərəcə və ad imtiyazını millət balalarını “redaktə” adı altında aylarla süründürüb şəxsi marağının təmininə həsr edən, bəhanə ilə pul qazanmağı zəhmətlə pul qazanmaq kimi sırımağa çalışan, dövlətə, dövlət başçısına inamsızlıq, mənsub olduğu akademşəbəkəyə inam təbliğ edən (hətta bu iyrənc davranışını mənim səhifəmdə faş edib), faydalı bir işə yaramayan, fürsətcilliyini və riyakarlığını utanmadan norma kimi qəbul etdirməyə çalışan Zərbəliyev Həbib Məmməd oğlu adında birisini gətiriblər”.

Birinci yazımızda vəd etmişdik ki, Həbib Zərbəliyevi daha dərindən tanıtmağa çalışacağıq. Ona görə professorun öz üslubuna uyğun olaraq, onun haqqında həmkarlarının fikirləri ilə başladıq.

Maraqlıdır, niyə İdris Abbasov Həbib Zərbəliyev haqda bunları qeyd edir?

Məlum olur ki, Həbib Zərbəliyev 2019-cu ildən başlayaraq, Ali Attestasiya Komissiyasına qarşı tam iki il (!!!) mübarizə aparıb. Həmkarları iddia edir ki, o, AAK-ı şantaj etməklə məşğul olub.

AAK-ı lazımsız qurum adlandıran, onun ünvanına olmazın ittihamlar səsləndirən, ləğv olunmasını tələb edən H.Zərbəliyev yazıb: “AAK lüzumsuz bir qurumdur... Kimsə bu orqanın guya mənfi halların qarşısını aldığını düşünürsə, yanlış düşünür (...) Əks halda alim olmaq, dərəcə almaq istəyənlər bu orqanın işgəncələrinə dözməli olacaqlar. Bu orqanın ləğv olunması tələbi ilə petisiya hazırlayıb Prezidentə ünvanlamaq lazımdır”…

2021-ci ildə isə H.Zərbəliyev iki illik “yaradıcılığını” sosial şəbəkə hesabından təmizləyərək, Ali Attestasiya Komissiyasında ekspert kimi fəaliyyətə başlayıb.

İki il sərt tənqid və ləğv olunmasını tələb etdiyi yerin rəhbəri- AAK sədri Famil Mustafayevlə görüşən kimi bütün ittihamlarını geri götürüb, sosial şəbəkə hesabındakı yazdıqlarını silib – dolayısı ilə şər-böhtan yazdığını etiraf edib, həmin qurumda fəaliyyətə başlamaq üçün insan hansı düşüncə və təfəkkürdə olmalıdır? – professor Həbib Zərbəliyevin həmkarları bu hərəkəti çox ağır sözlərlə ifadə edirlər.

Bu, H.Zərbəliyevin söydüyü yerdə çalışması ilə bağlı ilk təcrübəsi deyildi. Bundan öncə Təhsil Nazirliyinə də eyni “metodla” işə qəbul olunmuşdu. 2010-cu ildə ovaxtkı nazir Misir Mərdanov H.Zərbəliyevi “razı salmaq” üçün ona Təhsil Nazirliyində vəzifə vermişdi.

2013-cü ildə, Mikayıl Cabbarov vəzifəyə gələn kimi işdən dərhal azad etdiyi adamlar isə bunlardır: İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva, təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov, Aparat rəhbəri İlham Pirməmmədov…

“İlham Pirməmmədov və ətrafının” nazirlikdən niyə uzaqlaşdırıldığını hər kəs yaxşı xatırlayır!

2013-cü ildə işsiz qalan H.Zərbəliyev həmin vaxt AMEA-nın humanitar sahə üzrə akademik katibi olan Kamal Abdullaya sığınır (bu barədə ötən yazımızda yazmışdıq) və iyunun 13-dən AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsində baş mütəxəssis kimi fəaliyyətə başlayır, AMEA-da Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının koordinatoru olur.

Qısa müddətdə AMEA Dilçilik İnstitutunda da fəaliyyətə başlayır və… mərhum professor Tofiq Hacıyevlə böyük konfliktə girir. Tofiq Hacıyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında nəzərdə tutulan vəzifəni yerinə yetirmədiyi üçün əvvəlcə ona xəbərdarlıq edir, sonra şiddətli töhmət verir. Vəziyyətin ürəkaçıcı olmadığını görən Zərbəliyev işdən çıxmaq haqda ərizə verir və ən maraqlı məqam da buradan başlayır.

Mediaya açıqlamasında Tofiq Hacıyev deyir ki, onun ərizəsi qəbul edilməyəcək: “Həbib Zərbəliyev ya aldığı maaşı dövlətə qaytarmalı, ya da işləri yekunlaşdırmalıdır. Həbib Zərbəliyevə işləri qaydasına salmaq üçün 1 ay vaxt verilib. İşləri yarıtmadığını, müvafiq proqram üzrə ona tapşırılmış işi yerinə yetirməkdə aciz olduğunu qeyd etsin, ondan sonra işdən çıxmaq ərizəsini imzalayacam. Ərizəsi yazılana qədər işə gəlməsə, ona intizamsızlıq töhməti verəcəm. Monitorinq şöbəsinin rəhbəri olaraq 5 ay maaş alıb. Üstəlik institutda da baş mütəxəssis kimi işləyərək əmək haqqı alıb. O, ya aldığı maaşı dövlətə geri qaytarmalı, ya da işləri yekunlaşdırmalıdır. Əks halda onu məhkəməyə verəcəyik”.

Tofiq Hacıyev əlavə etmişdi: “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq H.Zərbəliyev tapşırılmış işi yerinə yetirməyib. Həmin şöbənin fəaliyyəti barədə mayın 16-da iclas keçirilib: iclasda Həbib Zərbəliyev ona tapşırılan işi yerinə yetirməməsini proqramçıların olmaması ilə əlaqələndirdi. Halbuki institutun proqramçıları var və lazım olsa, yetişdirə bilərik. O isə kənardan yeni proqramçı gətirmək istəyirdi. Üstəlik 1500 manat maaş verilməsi şərti ilə. Biz bunu necə təmin edə bilərik? Bizim proqramçılar 200-300 manat maaş alır. Görünür, kənardan başqa bir şəxsin gəlməsi onun marağında imiş” və s. və i.a. (Daha ətraflı BURADA).

2014-cü ildə qalmaqalla bu işdən də ayrılandan iki il sonra - 2016 ildə Qafqaz Universitetində (2017-ci ildən Bakı Mühəndislik Universiteti) “Azərbaycan multikulturalizmi” elm-təhsil mərkəzinə rəhbərlik edib (Kamal Abdullanın dövlət müşaviri çalışdığı zaman), sonra isə 2017-ci ildə Kamal Abdulla ADU-ya rektor təyin edilən kimi Azərbaycan Dillər Universitetinin Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib – 2019-cu ilə qədər bu vəzifəni daşıyıb.

Bu gün isə Həbib Zərbəliyev ənənəvi simasındadır: indi də ADU və Kamal Abdulla haqda olmazın ittihamlar yağdırır. Yəqin Təhsil Nazirliyinə, AAK-a necə işə düzəlmişdisə, ADU-da da elə vəzifə almaq istəyir.

Bu, Azərbaycanda vəzifə almağın “Həbib Zərbəliyev metodudur”.

Fikrimizcə, 70 yaşında, "professor" titulu gəzdirən şəxsin axirət haqda düşünüb, gənclərə nümunə olması daha məqsədəuyğundur, nəinki vəzifə uğrunda “yeni metod”la pis ənənə yaratmağa çalışması…

Tarix
2023.07.13 / 13:30
Müəllif
Anar Niftəliyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla