Yuxarı

Rəsulzadə sağ olsaydı, İlham Əliyevə səs verərdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından və əsas simalarından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə Modern.az-a müsahibəsini təqdim edir:

- Rais bəy, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam verib. Qərarı necə qarşıladınız?

- Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı qərarı çox böyük hadisədir. Rəsulzadənin 140 illiyinin məhz bu ildə keçirilməsi onun ruhunu şad edir. Çünki artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.

- Bu il həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Siz İlham Əliyevə səs verəcəyinizi açıqlamısınız.

- Bilirsiniz, Rəsulzadənin istəyi ərazi bötüvlüyümüz, suverenleyimiz, müstəqilliyimiz olub. Əminəm ki, Rəsulzadə də sağ olsaydı, bu məsələləri həll edən liderə səs verərdi…

- Prezidentin sərəncamında bir sıra tədbirlərin keçirilməsi tapşırılıb. Rəsulzadənin 140 illiyi çərçivəsində hansı tədbirlər keçiriləcək?

- Rəsulzadənin həqiqətən də zəngin irsi var. Gəlin düşünək, sovet vaxtı deyirdilər ki, 1918-1920-ci illər yoxdur, olmayıb. Bununla biz qazanırıq? Əlbəttə, yox. Əksinə, bu illər sayəsində mədəniyyətimiz, siyasətimiz zənginləşir. Ona görə də 140 illiyin qeyd edilməsi böyük hadisədir. Bundan gözəl yararlanmaq lazımdır. Prezidentin bununla bağlı verdiyi sərəncam çox önəmlidir. Bəzi strukturlar bunu yola verdi etməsinlər. Rəsulzadənin 130 illiyində onun əsərlərini çap etdilər. Məsələn, bu il ev muzeyi açmaq, eləcə də onun adını dərsliklərə salmaq olar.

- Ev muzeyindən söhbət düşmüşkən, bir müddət əvvəl mətbuatda Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı xəbərlər yayılmışdı. Ev muzeyi ilə bağlı təşəbbüsləriniz olubmu və ya olacaqmı?

- Ev muzeyi ilə bağlı təşəbbüsümüz olmuşdu. Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət etmişdik. Dedilər ki, məsələlərə baxırıq. Lakin… Çörək muzeyi, futbol muzeyləri var. Rəsulzadə bu dövlətin qurucularındandır. Onun muzeyi niyə olmasın? Əminəm ki, Prezidentimizin sərəncamı bütün bu məsələlərin həllinə dəstək olacaq.

- Bəs, Rəsulzadənin məzarının Ankaradan Bakıya qaytarılması gözlənilirmi?

- Rəsulzadənin qəbirinin Bakıya köçürülməsi qısa müddətə çətin həll oluna bilər. Bu, adi məsələ deyil. Əsas odur ki, dövlət səviyyəsində Rəsulzadənin 140 illiyi keçiriləcək. Bu, həm də o deməkdir ki, zamanla hər şey öz həllini tapacaq.

- Rais bəy, siz həm də əməkdar rəssamsınız. Rəssamlıq fəaliyyətinizi davam etdirirsiniz?

- Rəssamlıq fəaliyyətim davam edir. Rəssamlara rəssamlığı, müəllimlərə də müəllimliyi öyrədirəm. Mənim yaradıcılığımda portret, notrimot, tematik tablolar və mənzərə xüsusi yer tutur. Xəstələnəndən sonra təbiətə getmək lazım idi. Qəbələyə getmişdim. Orada mənzərə üzərində çalışdım. Mənzərələrimi bəyənirlər. Yaxşı rəylər yazırlar.

Tarix
2024.01.10 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla