Yuxarı

Musa Yaqub: “Bəzən özümə nifrət edirəm…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Musa Yaqub: “Bəzən özümə nifrət edirəm…”

Tale bizi tez ayırdı…

İstəyirəm ki, sözlərim yarımçıq qalmasın…

- Musa bəy, indiyədək gerçəkləşməsini çox istədiyiniz, amma hələ də gerçəkləşdirə bilmədiyiniz arzularınız olubmu?

- Arzular… Bu mənim həssas yerimdir. Əlbəttə, olub. Dünya varsa, biz yaşayırıqsa, arzular da bitməz tükənməzdir. Mərhum şairimiz Bəxtiyar yaxşı demişdi: "Arzunun özündən doğan arzular". Həqiqətən də, arzulardan da arzular yaranır. Bu mövzu o qədər genişdir ki, ondan danışmaqla yekunlaşdırmaq olmaz.

- Ən çox nəyi arzulamısınız?

- Yeganə duyğu arzudur ki, bizi yaşadır. Mən arzulayıram ki, insanlar yaxşı arzular diləsinlər. Hər dilədikləri arzularda xoş niyyət olsun. Ən çox arzuladığım o olub ki, şeirlərim dillər əzbəri olsun. Sevilə-sevilə oxunsun. Şükürlər olsun, arzuma müəyyən qədər çatmışam.

Niyyətimdə bir uçarı quşamsa, taleyimdə relsə düşən qataram…

Bilirsiniz, dünya çox böyükdür, insanlarla doludur. Bu çoxluq içində əlçatmaz arzular o qədər çoxdur ki, onların hər birini gerçəkləşdirmək mümkün deyil. Amma arzulara xoş niyyətlə yanaşanda gerçəkləşməsinə içində bir ümid olur. Deyirlər ki, niyyətin hara, mənzilin ora. Amma bəzən bu, heç də belə olmur. Sən niyyətin olan mənzilə çatdıqda artıq orda başqasının oturduğunu görürsən. Bu da taleyin işidir. Belə bir gözəl söz var : "Niyyətimdə bir uçarı quşamsa, taleyimdə relsə düşən qataram". Mənim arzularıma gəlincə isə, şükürlər olsun, arzularımın əksəriyyəti yerinə yetib. Ən böyük arzum heç kimin qəlbinə dəyməmək olub. İstəyirəm ki, heç kəs məndən inciməsin. Kimsə mən tərəfdən sınıqlıq görməsin.

Tale mənə həyat yoldaşımla ömür sürməyə icazə vermədi…

Ən böyük arzum ömür yoldaşımla birlikdə ömrümü başa vurmaq idi. Amma nəsib olmadı. Allah, tale icazə vermədi. Qismət… Bəzən insan, taleyi ilə barışmağı bacarmalıdır. Pənaha qalmaq çətindir. Mən bunu şeirlərimdə də yazmışam.

- Bildiyimiz qədəri ilə xeyirxahlığı sevirsiniz…Bunu arzularınızın bir hissəsi adlandırmaq olar?

- Bəli, çox sevirəm. Bacardığım qədər yaxşılıq etmək istəyirəm. İndi yaxşılıq edən insanlar kifayət qədər var, amma əksəriyyəti sonradan başa qaxınc edir. İnsan etdiyi yaxşılığın ardınca çox baxmamalıdır. Ümumiyyətlə, şairlik elə bir sahədir ki, burada qara niyyət yoxdur. Şairin niyyəti həmişə xoşdur. Həmişə istəmişəm ki, mənim sözlərim dillər əzbəri olsun. Mən bunu, sadəcə, arzulamışam. Amma şöhrət üçün yox. Şükürlər olsun, istədiyim kimi də olub. Mənim şeirlərimi sevə-sevə oxuyan insanlar var. Məncə, şairin bundan böyük arzusu ola bilməz.

Bəzən özümə nifrət edirəm

- Nəyəsə görə, xalq sözünə, öz sözümə yazılarımda sərhəd tanıyanda özümə nifrət edirəm.

Məni könlümdə olduğum kimi başa düşmürlər…

Çox istəyirəm ki, məni könlümdə olduğum kimi başa düşsünlər. Bəzən getdiyim yerlərdə məni düzgün başa düşmürlər. Şairin, yazıçının ən böyük arzusu özünü cəmiyyətə təbliğ etməkdir. İndi ən böyük arzum axıracan sözlərimi deyə bilməyimdir. İstəyirəm ki, sözlərim yarımçıq qalmasın.

- Yaradıcılığınızda çatmaq istədiyiniz hədəflər?

- Yaradıcılığımda çatmaq istədiyim yerlərin əksəriyyətinə çatmışam. Düzdür, elə də asan olmayıb. Müəyyən çətinliklərlə qarşı-qarşıya qalmışam. Hər şeyə rəğmən bütün çətinliklərə sinə gərə bilmişəm.

Şeirlərimin oxunması elə məni yaşatmaq deməkdir…

Şükürlər olsun şeirlərimdən, yaradıcılığımdan əldə etdiyim qazanc məni təmin edir. Heç vaxt tamahkar olmamışam. İnsanlara da tövsiyyə edirəm ki, heç vaxt şəxsiyyətlərini tamaha qurban verməsinlər

Tarix
2013.10.31 / 12:27
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla