Yuxarı

Röya Kreml konsertindən nə qədər alacaq?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Röya Kreml konsertindən nə qədər alacaq?

"Röya Ayxanın Kreml Sarayındakı konsertinin təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzidir. Biz bilet satışına və təşkilatçılığa qarışmırıq".

Bu sözləri "Axar.az"a açıqlamasında Röya Ayxanın prodüseri Kənan Bayramov bildirdi. Onun sözlərinə görə, bilet ajiotajı və tapılmaması ilə bağlı məlumata malik deyillər:

"Sizin bu xəbərinizdən biz ancaq sevinə bilərik. Röya xanımın konsertinə bu qədər diqqətin olacağını hesabladıqları üçün təşkilatçılar Kremlin böyük zalını kirayələyiblər".

K.Bayramov bilet satışına qarışmasalar da, qiymətlər haqda məlumatlı olduqlarını dedi: "Bildiyim qədərincə, biletlər 8-12 min rubl (təxminən 170-255 manat) civarındadır".

O ki qaldı Röyanın konsertdən alacağı qonorara, mətbuat katibi bunun kommersiya sirri olduğunu söylədi: "Bu barədə biz heç vaxt açıqlama vermirik. Bu bizim sirrimizdir".

Xatırladaq ki, Röya Ayxan aprelin 18-də Kreml Sarayında konsert verəcək. Moskvada yaşayan soydaşlarımızın məlumatına görə, qiymətlərin kifayət qədər baha olmasına rəğmən, artıq konsertə bilet tapmaq müşkülə çevrilib.

Tarix
2014.02.28 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla