Yuxarı

Bakıda müğənni qarət olundu - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın ilk günü tanınmış estrada müğənnisi Xatun Əliyevaya məxsus "Hyundai Jeep" markalı avtomobil gecə təxminən 22:25-22:35-də qarət olunub.

Bu barədə məlumatı müğənninin meneceri Rauf Şirinoğlu verib:

"Hadisə Bakının Nərimanov rayonu ərazisində baş verib. Xatun saat 22 radələrində "Çanaqqala" restoranında təşkil olunan şou-proqramda iştirak etmək üçün dövlət nömrə nişanı 90 ES 616 olan avtomobilindən enib. Mən də onunla birlikdə idim. Maşını sürücümüz Vidadi idarə etdiyi üçün o bizimlə gəlməmişdi. Biz restoranda olduğumuz vaxtda, 10-15 dəqiqə sonra qarət baş verib. Oğrular sürücünün maşını bağlayaraq ayaqyoluna getdiyi 4-5 dəqiqədən məharətlə yararlanıblar. Avtomobilin arxa oturacağının sağ şüşəsi sındırılıb və içindən Xatuna məxsus olan iki əl çantasını götürüb qaçıblar.

Novruz bayramı çəkilişləri səbəbindən çalışdığım müğənni çantasında bahalı zinət əşyaları, brend aksesuarlarını çantasında gəzdirirdi. Çantaların birinin içində Xatunun şəxsiyyət vəsiqəsi, 2 min ABŞ dolları, eləcə də bahalı telefonu və bank kartları da var idi. Hadisədən xəbər tutan sürücümüz dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Biz restorandan təxminən 22:50-də çıxdıq. Və çox keçmədi ki, hadisə yerinə Nərimanov rayonunun 18-ci polis bölməsinin əməliyyat qrupu gəldi. Fotolar çəkildi, dəyən maddi ziyanın məbləği hesablandı. Qarət zamanı Xatuna minimum 15 min manat ziyan dəyib. Ümidvarıq ki, polislər oğruların tez bir zamanda tapılmasında bizə kömək edəcəklər". ("Milli.az")

Tarix
2014.03.02 / 11:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla