Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


"Pəhrizlə arıqlamağa normal baxmıram"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq köklük də getdikcə istiləşmə kimi dünyanın qlobal probleminə çevrilir. Nəhəng dərman şirkətləri bu qlobal problemə qarşı kimyəvi vasitələr axtarır, artıq çəkidən xilas olmağın yolları aranır və nəticədə milyardlarla ölçülən gəlir əldə edirlər.

Aparılan kampaniyalar isə qadınları kompleksə sürükləyir və arıqlamaq dəbə çevrilir. Kompleksə düşən xanımlar arzuladıqları bədən formasını əldə etmək üçün çeşid-çeşid vasitələrdən istifadə edirlər. Bura pəhriz çayları, kofe, idman, növbənöv dərman preparatları və nəhayət cərrahi əməliyyatlar daxildir. Maraqlıdır, bəs görəsən bizim məşhur xanımlarımız özlərini formada saxlamaq üçün hansı vasitələrdən istifadə edirlər? "Axar.az" ın sorğusunu izləyək.

Mən doğulandan beləyəm

Aktrisa Hüsniyyə Mürvətova arıqlamaq üçün heç bir vasitədən istifadə etmədiyini bildirdi: "Mən doğuşdan beləyəm, çox yesəm də kökəlmirəm".

Hər səhər acqarına su

Şairə Mahirə Abdullayeva axşam saat 7-dən sonra demək olar ki, heç nə yemir: "Qoyun əti, yağlı xörəkləri gündəlik menyudan çıxarıram, hər səhər acqarına bir stəkan su içirəm. Bununla yanaşı, hər axşam piyada gəzirəm".

Pəhriz yorucu olur

Müğənni Nazpəri Dostəliyeva formada qalmağın ən gözəl yolunu mütəmadi olaraq idmanla məşğul olmaqda gördüyünü dedi: "Pəhrizlə arıqlamağa, formada qalmağa normal baxmıram. Çünki uzun zaman saxlanılan pəhriz yorucu olur. Qeyri-peşəkar pəhrizlər müəyən müddətdən sonra insan orqanizmində fəsadlar yaradır. İdmanla mütəmadi məşğul olduğumdandır ki, plastik əməliyyatdan istifadə etməmişəm".

Plastik əməliyyat olunmuşam

Müğənni Ruhəngiz Allahverdiyeva da arıq və normal çəkidə qalmağın elə də böyük zəhmət tələb etmədiyini bildirdi: "Mən pəhriz saxlamıram, bütün qidalardan, istədiyim vaxt istifadə edirəm. İdmanla məşğul olmuram, ancaq yaxın gələcəkdə bunu planlaşdırıram. Plastik əməliyyata müraciət etdiyim vaxt da olub, ehtiyac yaranarsa, yenə bu yolu seçərəm".

Tarix
2014.03.06 / 08:30
Müəllif
Lalə Novruzlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Anar Məmmədxanovun qızının toyundan - Video

Qəzaya düşən müğənni: həkimlər 2 ay vaxt qoyub - Video

“Maşın”ın tarixində ən çox səs faizi yığan o idi - Video

“Maşın”ı tərk edən Cavidan: Hər şey qurma... - Video

1 milyonluq əxlaqsız təklif alan aktrisa: Azərbaycanlılar...

Milyonçumuzdan türk aktrisaya əxlaqsız təklif, yoxsa?.. - Foto

Qəzaya düşən xanım müğənni ağır vəziyyətdə - Video

Müğənnilərin düşdüyü dəhşətli qəzanın - Videosu

Alişan Bakıya gəldi

Gecə ilə Bakıya qayıtdım ki... - Ruhi Əliyeva

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla