Yuxarı

Ərdoğan və Anar Alişanın toyunda – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan və Anar Alişanın toyunda – Video

Müğənni Alişan və aktrisa Buse Varolun toy mərasimində bir çox maraqlı məqam yaşanıb.

Kult.az xəbər verir ki, Alişan və Buse cütlüyünün nikah şahidliyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Daxili İşlər naziri Süleyman Soylu edib. Bununla da Alişan 2016-cı ildə Ərdoğana evlənməklə bağlı verdiyi sözü yerinə yetirib.

Bir çox tanınmış simanın qonaq qismində iştirak etdiyi toy mərasimində həmçinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da qatılıb.

Nikah mərasimi zamanı müğənni Alişanın Ərdoğandan “hə” demək üçün icazə istəməsi salondakıların gülüşünə səbəb olub. Ərdoğan cütlüyə xoşbəxtlik arzu etdikdən sonra nikah haqqında şəhadətnaməni Buse Varola təqdim edib.

Ölkə başçısı gənc cütlüyə övlad sahibi olmalarını tövsiyə edib:

“Mənim həmişə bir nəsihətim olub. Bir olar - qərib olar, iki olar - rəqib olar, üç olar - tarazlıq olar, dörd olar - bərəkət olar, gerisi Allah kərimdir. Güclü millətlər güclü ailələrdən formalaşır”.

Ərdoğanın bu sözləri alqışlarla müşayiət olunub.

Toyda Alişan və Buse Varola qonaqların hədiyyə etdiyi qızıllar cütlüyə çətin anlar yaşadıb. Cütlük taxılan zinət əşyaların ağırlığından rahat hərəkət etməkdə zorlanıb.

Tarix
2018.05.07 / 10:33
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla