Yuxarı

Cennifer Lopez və Kasper Smart ayrılır

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cennifer Lopez və Kasper Smart ayrılır

44 yaşlı məşhur müğənni, aktrisa Cennifer Lopez və onun 26 yaşlı sevgilisi, rəqqas Kasper Smart yaxın vaxtlarda ayrıla bilərlər.

Xarici KİV-in məlumatına görə, cütlüyün arasında olan qığılcım artıq sönüb. Onlar müxtəlif həyat tərzi ilə yaşayırlar. Məhz bu, onlar arasındakı ehtirası məhv edib.

Məlumat üçün deyək ki, jurnalistlər artıq bir aydan çoxdur ki onları ictimaiyyət qarşısında birgə görməyiblər.

Qeyd olunur ki, Cennifer Lopez Kasperlə olan münasibətinin əbədi və ideal olmadığını etiraf etmək istəmirdi.

Düzdür, hələ ki cütlük rəsmi olaraq bu barədə heç bir açıqlama verməyib. Ola bilər ki, bu sadəcə şayiədir. Çünki cütlüyün ayrılıq xəbəri hələ keçən ilin avqust ayında yayılmışdı. Buna cavab olaraq Cennifer bildirmişdir ki, o, Smartla çox xoşbəxtdir və onun yanında özünü gənc və enerjili hiss edir.

Xatırladaq ki, Cennifer Lopez rəqqas Kasper Smartla 2012-ci ildən görüşməyə başlayıb.

Tarix
2013.10.18 / 14:20
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla