Yuxarı

Azərbaycanın ən məşhur evlilikləri: 2014 - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin bitməsinə artıq sayılı günlər qalır. Bu 1 il ərzində yetərincə yaddaqalan hadisələr oldu. Biz də bu il ailə həyatı qurmuş şou-biznes nümayəndələrini nəzərdən keçirmək qərarına gəldik.

Axar.az bu il subaylığın daşını atan məşhurların siyahısını təqdim edir:

1. Əməkdar artist Sevda Ələkbərzadə bu il Cənubi Azərbaycandan olan iş adamı Kamyer adlı iranlı gənclə ailə həyatı qurub. Cütlüyün ən yaxın adamlarının dəvət olunduğu toy mərasimi mayın 24-də paytaxtdakı otellərin birində baş tutub.

2. Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edən azərbaycanlı gənc müğənni Dilarə Kazımova da bu il ailə həyatı quran şəxslər arasındadır. O, türkiyəli iş adamı Mərt Aslanla həyatını birləşdirib. Bir çox tanınmış simaların da qatıldığı toy mərasimi "Yaxt Klub"da baş tutub.

3. Oktyabrın əvvəlində tanınmış rejissor Şahin Zəkizadə model Səbinə Allahverdiyeva ilə evlənib. Toy mərasimi paytaxtın məşhur restoranlarından birində baş tutub. Onu da qeyd edək ki, bu, Ş.Zəkizadənin üçüncü nikahıdır. Onun ilk evliliyindən bir qızı var.

4. "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı üçün də bu il şəxsi həyatda uğurlu olub. Tanınmış aparıcı Türkiyənin məşhur müğənnisi Doğuşla ailə həyatı qurub. Yaxınlarının iştirakı ilə baş tutan toy mərasimi İstanbulda reallaşıb.

5. Fevralın 1-də tanınmış prodüser Kemal Cenk İçten və azərbaycanlı model-aktrisa Minarə Allahverdiyevanın toyu olub. Paytaxt restoranlarından birində baş tutan toyda bir çox məşhurlar iştirak edib. Qeyd edək ki, cütlüyün bu yaxınlarda qız övladı dünyaya gəlib.

6. Tanınmış azərbaycanlı teleaparıcı İlham Qasımov da bu il subaylığın daşını atmaq qərarına gəlib. Belə ki, sevilən aktyor və teleaparıcının toyu martın 10-da olub. Onun sevib-seçdiyi qızın adı Ayladır. Cütlüyün toyu Bakının elit restoranlarından birində baş tutub.

Tarix
2014.12.10 / 01:34
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla