Yuxarı

Avroviziyada Fələstin bayraqları - Qalmaqal

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziyada Fələstin bayraqları - Qalmaqal

Amerikalı pop ulduz Madonna və İslandiyanın “Hatari” qrupunun Avroviziya finalında çıxışları zamanı Fələstin bayraqları nümayiş etdirməsi təşkilatçıların narazılığına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyindən açıqlama verilib.

Madonnanın çıxışı zamanı kürəyində Fələstin və İsrail bayraqları olan rəqqaslar qucaqlaşıb. İslandlar isə nəticələr elan olunan zaman əllərində Fələstin bayrağını xatırladan şarflar olub.

Təşkilatçıların sözlərinə görə, Madonnanın çıxışı Avropa Yayım Birliyi və İsrailin “Kan” Milli Teleradio Şirkəti ilə razılaşdırılmayıb.

“Avroviziya mahnı müsabiqəsi – siyasi hadisə deyil”, - press-relizdə deyilib.

Avropa Yayım Birliyi həmçinin islandların hərəkətləri ilə bağlı müsabiqənin başa çatmasından sonra qərar verəcəklərini açıqlayıb.

Tarix
2019.05.19 / 12:06
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla