Yuxarı

İbrahim Tatlısəslə bağlı müdhiş iddia

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
İbrahim Tatlısəslə bağlı müdhiş iddia

Türkiyənin Kanal A televiziyasının "A siyasi" proqramında məşhur müğənni İbrahim Tatlısəslə bağlı müdhiş iddia səsləndirilib.

Axar.az xəbər verir ki, iddia sahibi Süleyman Özişığa görə, məşhur müğənni güllələnməsəydi, Zəkəriyyə Öz tərəfindən PKK-ya yardım etməkdə günahlandırılaraq həbs ediləcəkmiş.

Süleyman Özişıq canlı verilişdə İbrahim Tatlısəs haqqında indiyə qədər heç kimə məlum olmayan iddialardan danışıb:

"Bir müddət əvvəl camaatdan ayrılan, camaata arxasını çevirən bir qardaşla görüşdük. Mənə dəhşətli məlumatlar verdi".

O sözlərinə belə davam edib: "İbrahim Tatlısəs vurulan gecə Zəkəriyyə Öz camaatdan (fətullahçılardan – red.) olan bəzi adamlarla oturubmuş və İbrahimin haqqında təhqirə bərabər sözlər deyib. Süleyman Özişığa görə, Zəkəriyyə Öz İbrahim haqqında "Vurulmsaydı, PKK-ya yardım etməkdə günahlandırıb iki gün sonra nəzarətə götürəcəkdik. Canını qurtardı", - kimi sözlər səsləndirib".

Xatırladaq ki, Zəkəriyyə Öz İstanbul baş prokurorunun müavini olub. O vəzifəsindən bu ilin yanvar ayında azad edilib.

Tarix
2015.02.10 / 21:18
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla