Yuxarı

Xalq artisti: “Sponsordan korluq çəkməmişəm”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: “Sponsordan korluq çəkməmişəm”

Xalq artisti Zülfiyyə Xanbabayeva konsert verməməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Star life"da efirlərə az çıxmasından da danışıb:

"Son vaxtlar albom satışları yaxşı getmir. Bütün dünyada belədir. Kliplərə önəm verilmir. Mahnıları internet vasitəsilə dinləyirlər. 25 ildir sənətdəyəm. Heç vaxt tez-tez efirlərə çıxmamışam. Belə etsəm, tamaşaçılar üzümə baxmazlar. Az görünəndə isə yaxşı qarşılayırlar. Bu da mənim siyasətimdir. Konsertə gəldikdə isə... Bu haqda düşünmürəm. İstədiyim kimi konserti öz gücümə keçirə bilmərəm. Sponsor lazımdır. Bu gün keçirilən konsertlərin onunu bir ayda verərəm. Mən fərqli nəsə etmək istəyirəm. Heç vaxt sponsordan korluq çəkməmişəm. Elə güclü konsertlər etmişəm ki, gərək yenisi onlardan da üstün ola. İndi sponsorların adı o qədər pis yerə yozulur ki, onlar da geri çəkiliblər, qorxurlar".

Duetlərindən danışan Z.Xanbabayeva bu baxımdan simiclik etdiyini söyləyib:

"Duet oxumaq barədə çox simicəm. Alim Qasımov, Fidan və Xuraman Qasımova bacıları kimi məşhurlarla duetlərim olub. Miri Yusiflə işbirliyimiz o qədər uğurlu alındı ki... Brilliant Dadaşova ilə duetimiz olacaq. Hələ ki, mahnı haqqında düşünürük".

Tarix
2015.02.14 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla