Yuxarı

Tarkandan böyük jest: “Kişiliyimdən utanıram”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarkandan böyük jest: “Kişiliyimdən utanıram”

"Qadına şiddət Türkiyənin ən böyük ayıbı və utancıdır".

Axar.az xəbər verir ki, bunu Türkiyənin məşhur ifaçısı Tarkan öz Feysbuk səhifəsində yazıb.

Dünya şöhrətli musiqiçi qadına qarşı yönəlmiş şiddətə görə yasa batdığını bildirib:

"Bu gün mən də qara geyinmişəm. Özgəcan Aslan üçün yasdayam. Bu ölkədə qadına qarşı şiddət və cinayətlərə şahid olduqca içim yanır və öz kişiliyimdən utanıram. Qadına qarşı şiddət Türkiyən ən böyük ayıbıdır və Türkiyə bu ləkədən yalnız hüquqla canını qurtara bilər. Buradan hökumətə və səlahiyyəti olan bütün şəxslərə səslənirəm. Qadınlarımızın şiddət görməsinə və öldürülməsinə artıq göz yummayın. Ciddi cəzalarla, qanunlarla bunun qarşısını alın. Nə gözləyirsiniz? Daha çox qadının öldürülməsinmi?"

Qeyd edək ki, 20 yaşlı Özgəcan Aslan adlı tələbə qız onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərərkən qətlə yetirilib. Özgəcan Aslan bıçaqlanıb və baş nahiyəsindən dəmir boru zərbəsi alıb, sonra isə cəsədi yandırılıb.

Tarix
2015.02.16 / 17:36
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla